Zəfər paradı - Vətən müharibəsində tarixi qələbəmizin təntənəsi - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Zəfər paradı - Vətən müharibəsində tarixi qələbəmizin təntənəsi - TƏHLİL

17:40 - 09 / 12 / 2021
Zəfər paradı - Vətən müharibəsində tarixi qələbəmizin təntənəsi - TƏHLİL

Dekabrın 10-da Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsinin təntənəsi olan, Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirən Zəfər paradının ildönümüdür.

Azərbaycan Ordusunun bundan öncə də hərbi paradlarının şahidi olmuşduq. Lakin keçən il keçirilən parad öz əhəmiyyətinə, dəyərinə görə digər paradlardan fərqlənir. Əvvəlki paradlar Ordumuzun gücünün nümayişi idisə, Zəfər paradı üzərinə düşən missiyanı uğurla yerinə yetirərək torpaqlarımızı düşmən tapdağından azad edən Ordumuzun həm gücünün, həm də xalqımızın birliyinin, Vətən sevgisinin nümayişi idi.

Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Bu bayraqlar hərbiçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq. Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Dövlət başçısının söylədikləri sözlər tezliklə həqiqətə çevrildi, müzəffər Ordumuzun işğaldan azad etdiyi Qarabağımızda qaldırılan bayraq Zəfər paradında dalğalandırıldı.

Vətən müharibəsində hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları Zəfər paradında qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi. Şübhəsiz, bu parad dosta güvən, qürur, düşmənə isə zillət və kədər bəxş etdi. Bu Qələbə paradı həm də dünyaya bir mesaj idi: hər bir ölkə gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək və süni şəkildə dondurulmuş münaqişələr bir gün alovlanıb, haqlı tərəfin qələbəsi ilə bitəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə paradında iştirak etməsi isə Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını bir daha dünyaya nümayiş etdirdi. Qələbə paradında iki ölkə prezidentinin birlikdə iştirak etməsi, müdafiə nazirinin hər iki ölkə başçısına raport verməsi və iki ölkə prezidentinin birlikdə Qalib Ordunu salamlaması tarixi an idi.

Xatırladaq ki, paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edərək bu günün tarixi bir gün olduğunu söyləyib:

“Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Bu günə qədər Azadlıq meydanında çox paradların keçirildiyini deyən dövlət başçısı Zəfər paradının xüsusi önəminin olduğunu vurğulayıb:

“Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Paradda iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qazandığı möhtəşəm qələbə münasibətilə Azərbaycan xalqını təbrik edərək, Türkiyənin Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bildirib:

“Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik.

Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”.

Rusiyalı hərbi ekspert və jurnalist İqor Korotçenko Zəfər paradı ilə bağlı danışan zaman bildirib ki, Zəfər paradı Azərbaycanın qələbə çaldığı, Ermənistanın təslim olduğu 44 günlük müharibənin son nöqtəsi oldu.

“Azərbaycan 30 illik işğaldan sonra ərazi bütövlüyünü, suverenliyini bərpa etməyi bacaran müasir dövrün yeganə ölkəsidir”, - deyən ekspertin fikrincə, paradda Azərbaycan Ordusunun həqiqi qüdrəti, Ermənistan ordusunun isə zəifliyi ortaya qoyulub:

“Bu paradı keçirməklə Azərbaycan beynəlxalq hüquqa sadiq olduğunu nümayiş edərək ölkə suverenliyini gücləndirmək, müasir şaxələndirilmiş iqtisadiyyat qurmaq istiqamətində əvvəlcə Heydər Əliyevin, sonra İlham Əliyevin yeritdikləri siyasətin düzgün olduğunu bir daha göstərdi.

Ermənistan ordusunun qəhrəman ordusu olması, Azərbaycan Ordusunun isə zəifliyi barədə erməni politoloqların, ekspertlərinin yalanlarını çox eşitmişik. Müharibədə Ermənistan ordusu da müasir silahlardan istifadə edib, lakin gerçək döyüşlərdə Azərbaycan əsgər və zabitləri hərbi hazırlıq, mənəvi səviyyə baxımdan düşməni dəfələrlə üstələyiblər”.

Milli Məclisin deputatı Rəşad Mahmudovun sözlərinə görə, ötən il dekabrın 10-da paytaxtımızda keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini və Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni faşizmi üzərində tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, 30 ilə yaxın bir dövrdə işğal altındakı torpaqlarımızın düşməndən təmizlənməsi ilə ərazi bütövlüyümüzün bərpasının təcəssümü idi:

“Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi ötən illər ərzində hərbi quruculuq məsələsinə prioritet istiqamətlərdən biri olaraq daim önəm verib, ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüb, Silahlı Qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərini reallaşdırıb”.

Deputat bildirib ki, Ermənistan ordusunun ötən il sentyabrın 27-də təxribat törədərək ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz ordu” mifini birdəfəlik darmadağın etdi:

“Zəfər paradında diqqətçəkən bir məqam da Şuşa azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi idi. Eyni zamanda, əldə edilən möhtəşəm uğur şərəfinə paradda 3 min Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin də iştirakı hər birimizdə qürur hissi doğururdu. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın izləməsi xalqımızın tarix salnaməsinə qızıl hərflərlə yazıldı. Bu, həm də beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi”.

1news.az

Paylaş:
696

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər