Koronavirus xəstəsi bərbərdə aşkarlandı - Cinayət işi açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus xəstəsi bərbərdə aşkarlandı - Cinayət işi açıldı

Qafar Ağayev15:25 - 16 / 12 / 2021
Koronavirus xəstəsi bərbərdə aşkarlandı - Cinayət işi açıldı

Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, şəhər sakini Rüfət Mirzəyev koronavirus infeksiyasına yoluxduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib və qaydalara riayət etməsi tapşırılıb. Buna baxmayaraq, həmin şəxs yaşadığı ünvanı tərk edib və özünə məxsus bərbərxanaya gedərək digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb. Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

R.Mirzəyev barəsində rayon polis şöbəsində cinayət işi başlanılıb.

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər