Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün daha uğurlu olacaq - Politoloq | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün daha uğurlu olacaq - Politoloq

15:42 - 16 / 12 / 2021
Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün daha uğurlu olacaq - Politoloq

“1992-1993 -cü illərdə Ermənistan Azərbaycanın torpaqlarını işğal etdikdən sonra Türkiyə tərəfi Ermənistanla sərhədləri bağladı. Bu mərhələyə qədər iki tərəf arasında iqtisadi əlaqələr nizamlı idi. Ermənistanın iqtisadi kəsirlərinin çox hissəsini Türkiyə ödəyirdi. Türkiyə Ermənistana qeyri-neft sektoru məhsulları ixrac edirdi, amma iş sərhədlərin bağlanması nöqtəsinə çatanda Ermənistan üçün qara günlər başladı”.

Bunu 1news.az-a açıqlamasında politoloq Elman Vəliyev son günlər iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş addımları şərh edərkən deyib:

“Nəhayət, 30 ilə yaxın bir zaman kəsiyindən sonra iki tərəf diplomatik danışıqlara başladılar. Türkiyənin bu addım atması üçün bir şərti var idi ki, o da Ermənistanın Azərbaycanla uzlaşmaya getməsi idi. Ermənistan tərəfi Türkiyə ilə əlaqələri bərpa etmək üçün Rusiyadan rica etdi. Dekabrın 10-da Moskvada Türkiyənin irəli sürdüyü 3+3 formatının ilk iclası keçirildi. Hesab edirəm ki, bu iclasda Türkiyə ilə Ermənistan münasibətləri də müzakirə predimeti olub. Bu görüşdən sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan elədi ki, iki tərəf arasında çarter uçuşları bərpa ediləcək.

Həmçinin Türkiyə tərəfi Ermənistanla əlaqələri sabitləşdirmək üçün sabiq ABŞ səfiri Sərdar Qılıçı nümayəndə təyin etdi.

Bu görüşdən daha əvvəl - 26 noyabrda Soçidə üçlü görüş olmuşdu. Konflikt tərəfləri arasındakı problemlərin həlli istiqamətində mühüm addımlar atıldı. Tərəflər delimitasiya və demarkasiya proseslərinin başlanması, kommunikasiyaların açılması problemlərinin həll edilməsi barədə razılığa gəldilər. Yəni Türkiyənin Ermənistan qarşısında qoyduğu şərt yerinə yetirildi üçün Türkiyə də müsbət addım atmağa başladı”.

Politoloq “Ermənistan tərəfi Türkiyə və Azərbaycan kimi iki qonşusu ilə diplomatik danışıqlar fonunda konseptual yanaşma sərgiləsə nə əldə edəcək və ya nə itirəcək?” sualına da aydınlıq gətirdi:

“Qarabağ konfliktinə qədər ermənilər Türkiyədə, Azərbaycanda yaşayıb, fəaliyyət göstərirdilər. Azərbaycanla müqayisədə ermənilər Türkiyədə daha uzun zaman yaşayıblar. Bu uzun müddətdə ermənilər üçün soyqırımı, sürgün kimi neqativ hallar olmayıb. İki qonşu dövlətlə eskalasiya mərhələsinə isə “ermənilərdən” daha çox maraqlarını həyata keçirtməyə çalışan qüvvələrin təhriki ilə “Ermənistan hakimiyyəti” edib.

Artıq bölgənin geosiyasi mənzərəsi tamam fərqlidir. Ermənistan etnin qrupu arasında Rusiya əleyhinə nifrət yaranıb. Onlar yaxşı anlayırlar ki, illərdir Ermənistanı kimlər müharibəyə təhrik edir, kimlər sülh kontekstində yanaşma nümayiş elətdirir. Ermənistan Türkiyə ilə vəziyyəti yeni arenaya çəkə bilsə, bu onun üçün daha uğurlu olacaq. Hesab edirəm ki, iki tərəf arasında dialoqların intensivləşməsi üçün Rusiya da mühüm rol oynayacaq”.

1news.az

Paylaş:
391

Son xəbərlər

Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02
Bütün xəbərlər