Vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider | 1news.az | Xəbərlər
Siyasət

Vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider

10:47 - 23 / 12 / 2021
Vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider

24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin doğum günüdür.

Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam, dəstək nümayiş etdirməkdədir və bu da təbiidir, çünki, cəmiyyətimiz Cənab Prezidenti vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür.

Keçən müddət ərzində Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu.

Son 18 ildə Azərbaycan dünyanın diqqətini cəlb edərək sabit və dayanıqlı iqtisadiyyatı olan bir dövlətə çevrilib. Aparılan uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşmış, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edildi. Eyni zamanda güclü və dayanıqlı iqtisadiyyat yaratmaq planı uğurla başa çatdırılmış, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsini təmin etdi.

“Sağlam cəmiyyət güclü dövlət deməkdir” prinsipi ilə həyata keçirilən dövlət siyasəti artıq öz bəhrələrini verib. COVİD-19 virusu dünya ölkələrini çətin vəziyyətə salanda Azərbaycan dövləti vətəndaşlarını müvəffəqiyyətlə qorumağı bacardı. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları da Azərbaycanın qlobal pandemiya dövründə özünü nümunəvi ölkə kimi təsdiqlədiyini etiraf etdilər.

Cənab Prezidentin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlı kifayət qədər faktlar var, belə ki, beynəlxalq arenada dünyanın ən nüfuzlu liderlərindən biri olaraq tanınmağı həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyev Azərbaycan xalqının lideri kimi bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini nəinki sözdə, əməli işdə də dünyaya nümayiş etdirdi. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün, əməkdaşlığın təmin olunmasının vacibliyini ən mötəbər tribunalardan beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan etmişdir.

Vətən və xalq qarşısında Cənab Prezidentin ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər ordunun yaranmasıdır. Müasir ordu quruculuğu istiqamətində atılan vacib addımlar Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil etdi. Məhz güclü ordu və ona komandanlıq edən, onu düzgün idarə edən, strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən bir Sərkərdənin varlığı, həmçinin xalqın öz liderinin ətrafında sıx yumruq kimi birləşməsi İkinci Qarabağ-Vətən Müharibəsində böyük qələbəni təmin etdi.

Azərbaycanın möhtəşəm zəfəri ilə regionda yaranan yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını deyil, həmçinin bütün regionda sülh və davamlı inkişafı təmin etmək imkanı qazandırdı.

Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərimizə mütəmadi səfərləri, bərpa və quruculuğ işlərinin geniş vüsət alması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır.

İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bərpa və quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizin malik olduğu iqtisadi potensial ölkəmizin dayanıqlı inkişafını təmin edəcək.

Bu tarixi anları xalqımıza yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevə sonsuz minnətdarıq və inanırıq ki, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpaqlarımız olan doğma Qarabağımızı işğaldan azad edən Sərkərdə kimi tarixdə qalacaqdır.

Məzahir Əfəndiyev,

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
394

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər