Prezident özəl telekanallara birdəfəlik maliyyə yardımı ayırıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident özəl telekanallara birdəfəlik maliyyə yardımı ayırıb

17:38 - 29 / 12 / 2021
Prezident özəl telekanallara birdəfəlik maliyyə yardımı ayırıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki ilə və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

1news.az

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər