Türk Dövlətləri Təşkilatı: Qazaxıstana hər cür dəstək verməyə hazırıq - BƏYANAT | 1news.az | Xəbərlər
Siyasət

Türk Dövlətləri Təşkilatı: Qazaxıstana hər cür dəstək verməyə hazırıq - BƏYANAT

13:15 - 06 / 01 / 2022
Türk Dövlətləri Təşkilatı: Qazaxıstana hər cür dəstək verməyə hazırıq - BƏYANAT

Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.

1news.az xəbər verir ki, bəyanatda bildirilib:

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olaraq baş verən son hadisələrin fonunda biz Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiyimizi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik.

Qardaş qazax xalqının sağlam düşüncəsinə və vəziyyətin normallaşmasını arzuladığına güvənirik.

Qazaxıstan rəsmilərinin sülh yolu ilə gərginliyi azaltmaq, asayiş və sabitliyi yenidən bərpa etmək gücünə malik olduğuna inanırıq.

Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik.

Hadisələrdə həyatını itirənlərə görə başsağlığı verir və yaralananlara şəfa diləyirik”.

1news.az

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər