Regionda yeni reallığın yaradıcılarından: Avropa anlayır və qəbul edir | 1news.az | Xəbərlər
Köşə

Regionda yeni reallığın yaradıcılarından: Avropa anlayır və qəbul edir

S.Xankişiyeva17:50 - 05 / 02 / 2022
Regionda yeni reallığın yaradıcılarından: Avropa anlayır və qəbul edir

Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş baş tutdu.

Görüş iştirakçılarının əsas mövzusu – 2021-ci il dekabrın 14-də Brüsseldə müzakirə edilən sülh gündəliyinin davamı kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsi oldu.

Tərəflər Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin qurulmasının konturlarını təşkil edən məsələlər ətrafında fikir mübadiləsi apardılar. O cümlədən, siyasi liderlər humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair müzakirə etdilər.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçılarının qaldırdıqları bütün məsələlərlə bağlı ölkənin mövqeyini bir daha xatırladıb.

Belə ki, müzakirələr zamanı Azərbaycanın dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi diqqət yetirib.

İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb. Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən Müharibəsi başa çatdıqdan bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.

Əgər Ermənistan həqiqətən də sülh istəyini nümayiş etdirmək istəyirsə, o zaman Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı həlak olanların kütləvi məzarlıqlarının dəqiq koordinatlarını vermək məcburiyyətindədir.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin ən çətin prosesindən danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinin həyata keçirilməsinə bir sıra dövlətlər, o cümlədən Avropa ölkələri də öz köməkliklərini təklif ediblər. Dövlətlərin dəstəyi təkcə maddi vəsaitin ayrılmasından deyil, həmçinin Azərbaycana xüsusi texnika və ekspertlərin, o cümlədən xüsusi təlim keçmiş itlərin göndərilməsindən ibarətdir.

Aydındır ki, ərazilərin minalardan təmizlənməsi məsələsi illərlə davam edəcək. Vətəndaşların mümkün qədər tez zamanda öz doğma torpaqlarına qayıtmaları üçün mühüm nəticələr əldə etmək üçün bütün səylər göstərilməlidir. Bu baxımdan dost dövlətlərin Azərbaycana göstərdiyi istənilən yardım xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə həmçinin YUNESKO-nun Azərbaycan və Ermənistandakı missiyası məsələsi də müzakirə edilib və onun hər iki ölkəyə göndərilməsi barədə razılıq əldə olunub. Beləliklə, beynəlxalq təşkilat erməni işğalçılarının hərbi cinayətlərini, o cümlədən işğal etdikləri ərazilərin əsl sahiblərinə mənsubiyyətinə dair bütün tarixi-mədəni xatırlatmaları məhv etmək məqsədilə törətdikləri digər vəhşiliklərin şişirdilmiş deyil, əsl həqiqət olduğunu aydın görə biləcəklər.

Onu da qeyd edək ki, görüşün əsas mövzulardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi çox mühüm əhəmiyyət daşıyır. Tərəflər bu prosesə təşəbbüs göstərməklə bütün regionda təhlükəsizlik, sülh və sabitliyə aparan yolda son mərhələyə keçə biləcəklər.

Yekun sülh həm Azərbaycan və Ermənistan xalqları, həm də regionun iqtisadi inkişafı üçün təkcə kağız üzərində – sülh müqaviləsi ilə deyil, həm də praktiki olaraq bölgənin rifahı üçün son dərəcə uğurla təcəssüm etdirə bilər. Beləliklə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanması sülh sazişinin imzalanması üzrə danışıqlar üçün əsas olacaq.

Prezident İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşdən sonra bəzi detalları nəzərdən qaçırmaq olmaz.

Birincisi, görüşün yekunlarına dair bəyanatlarda və müzakirələr zamanı ATƏT-in Minsk Qrupu ilə bağlı heç bir istinad səslənmədi, bu da Moskva, Soçi və Brüsseldə keçirilən görüşlərin xarakterinə uyğundur; ikincisi, “Dağlıq Qarabağ münaqişəsi” və “Qarabağ münaqişəsi” kimi ifadələrə rast gəlinmədi, bu da Qarabağ məsələsinin gündəmdən çıxarılmasının və Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi bu reallığı qəbul etdiyinin bariz nümunəsidir; üçüncüsü, Fransa bu tədbirdə həmsədr kimi yox, Avropa İttifaqına sədrliyi öz üzərinə götürmüş ölkə qismində iştirak edir.

Bütün bu məqamlar sübut edir ki, dünya ictimaiyyəti Azərbaycanın dövlət siyasətinin düzgün istiqamətini, eləcə də 44 günlük Vətən Müharibəsində Azərbaycanın erməni qəsbkarları üzərində haqlı qələbəsindən sonra regionda formalaşmış yeni reallığı eşidir və dərk edir.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidenti videoformatda görüş keçirib - FOTO

Prezident İlham Əliyev xalqa müraciət edib - YENİLƏNİB

Brüsseldə Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında görüş olub - FOTO - YENİLƏNİB

Azərbaycan 15 ermənini verib 97 min mina xəritəsini aldı

Azərbaycana xüsusi təlim keçmiş iki minaaxtaran it gətirilib

ABŞ Azərbaycana 10 minaaxtaran it göndərib

ANAMA Yevlaxdakı partlayışla bağlı məlumat yayıb

Yevlaxda ermənilərin müharibə dövründə atdığı kasetli bomba partladı, çoban öldü

Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb

Paylaş:
1743

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər