Təhsil Nazirliyi: Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi: Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək

S.Xankişiyeva09:48 - 22 / 02 / 2022
Təhsil Nazirliyi: Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək

25-26 fevral tarixlərində təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu barədə Təhsil Nazirliyinin "Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində karantin rejiminin tələbləri nəzərə alınmaqla Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.

Həmçinin Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan beynəlxalq tədbirlərin təşkili planlaşdırılıb.

Mövzu ilə əlaqədar oxuyun:

Xocalı soyqırımı şahidinin xatirələri: “Körpə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu...” – VİDEO

“Sevinj Stories”: Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO

Paylaş:
1701

Son xəbərlər

Bütün xəbərlər