Uşağın autizmli doğulma ehtimalının risk faktorları hansılardır? - Mütəxəssis suallara cavab verir | 1news.az | Xəbərlər
Müsahibə

Uşağın autizmli doğulma ehtimalının risk faktorları hansılardır? - Mütəxəssis suallara cavab verir

Qafar Ağayev11:52 - 24 / 02 / 2022
Uşağın autizmli doğulma ehtimalının risk faktorları hansılardır? - Mütəxəssis suallara cavab verir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova uşaqlarda autizmlə bağlı sualları cavablandırıb.

1news.az müsahibəni təqdim edir:

- Gülnarə xanım, uşağın autizmli doğulma ehtimalının risk faktorları hansılardır?

- Autizmin risk faktorlarına valideynlərin yaşı, ananın psixi və fiziki sağlamlığı, ekoloji faktorlar, qida və digər amillər aid edilir. Burada irsilik faktorunun da böyük əhəmiyyəti var. Nəsildə autizm spektr pozuntularından (ASP) əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olacağı istisna deyil.
Yaranma səbəbi elmə məlum olmayan ASP qızlara nisbətən oğlanlarda dörd dəfə çox rast gəlinir. Ümumiyyətlə, son 20-30 il ərzində ASP olan uşaqlarının sayının kəskin şəkildə artmasına şahid oluruq. Statistik məlumatlara görə, dünya ölkələrində 160 uşaqdan biri ASP-dan əziyyət çəkir.
Qeyd edim ki, illər öncə uşaqlarda autizmin yaranmasını onlara vurulan peyvəndlərlə əlaqələndirirdilərsə, aparılan tədqiqatlar bu fərziyyələri təkzib edib.

- Uşaqlarda ən çox rast gəlinən autizmin əlamətləri hansılardır?

- Autizm spektr pozuntuları üçün ümumi xarakter daşıyan əlamətlər: məhdud maraqlar və davranış, təkrarlanmalar, nitqdə gerilik, hiperaktivlik, əhval-ruhiyyənin qeyri stabilliyi və s. Ona görə də valideyinlər uşaq doğulduğu andan 3 yaşına qədər ana qucağında olmaq istəməməsi, anası və digər yaxın adamlar ilə əlaqə yaratmaması, ətrafda baş verən hadisələrə marağının olmaması, ailə üzvlərindən birinə güclü bağlılığına diqqət yetirilməlidi. 3 yaşdan yuxarı isə digər insanların emosiyalarını çətin anlamaları, dostluq münasibətləri bağlaya bilməməsi, öz təşəbbüsü ilə əlaqə yaratmaması, komanda oyunlarında iştirak edə bilməməsi, ətrafdakılara qarşı tənhalıq nümayişi valideynləri narahat etməlidir.

- Autizm sindromu olan uşağa ilkin diaqnozu hansı həkim qoymalıdır?

- ASP olan uşaqların valideynləri ilk simptomları müşahidə edəndə adətən uşaq poliklinikalarına müraciət edilməlidir. Bu baxımdan sahə pediatrların üzərinə böyük məsuliyyət düşür. Onlar uşaqlarda problemləri tez bir zamanda aşkarlayaraq, düzgün diaqnoz qoyulması üçün mütəxəssislərin (psixopedaqoqlar, loqopedlər, psixoloqlar və s.) yanına yönəltməlidilər.

- Autizimin medikamentoz və ya qeyri medikamentoz üsullarla müalicəsi nə dərəcədə faydalıdır?

- Autizmin dərman müalicəsi indiyə qədər mübahisəli məsələ olaraq qalır. Medikamentoz və ya qeyri medikamentoz üsulların kompleks istifadəsi, uşağın ailəsi ilə psixoedukasiya və sosial iş ilə birgə aparılan müalicənin əsas prinsipidir. Autistik əlamətlər aşkar etdiyi andan ona qarşı lazımi addımlar atılmalıdır. Hər bir uşaq üçün fərdi yanaşma seçilir. Erkən yaşlarından başlanan psixososial müdaxilələr (ABA-terapiya (ABA - Davranış analizin tədbıqi), TEACCH (Autistik əlil uşaqlar üçün kommunikasiya, müalicə və təhsil), CBT (Kognitiv davranış terapiyası) və s.) bir çox uşaqlarda müsbət nəticə verir.

- Sonda övladında autizm əlamətlərini hiss edən valideynlərə sizin məsləhətiniz.

- Uşaqlarda autizmin olması nə qədər tez aşkarlanarsa, göstərilən yardımlar daha da effektiv olacaq. Valideynlər övladlarına qarşı diqqətli olmalıdılar. İlk növbədə, mütəxəssislərin erkən müdaxiləsi çox önəmlidir.
Ümumiyyətlə, autizm spektrli uşağı tərbiyə etmək ailə üçün böyük stressdir. Belə ki, bu sindromlu uşaqlara qulluq etmək böyük diqqət və dözüm tələb edir, çünki onların bəziləri həddən artıq fəaldılar. Eyni zamanda, autizm spektrli uşaqların güclü tərəfləri istifadə olunmalıdır, çünki onların içərisində xüsusi fitri istedada malik olanlar da az deyil.

Paylaş:
968

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər