Bu gün 800-ə yaxın azərbaycanlının Polşaya təxliyəsi planlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 800-ə yaxın azərbaycanlının Polşaya təxliyəsi planlaşdırılır

S.Xankişiyeva14:55 - 02 / 03 / 2022
Bu gün 800-ə yaxın azərbaycanlının Polşaya təxliyəsi planlaşdırılır

“Bu günə kimi 600-dən çox azərbaycanlı Polşa sərhədini keçib. Bu gün isə 800-ə yaxın azərbaycanlının Polşaya keçməsi planlaşdırılır”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Polşada azərbaycanlılara dəstək olan diaspor rəhbəri Fərid Cəfərli deyib.

O bildirib ki, təxliyə olunanlardan 100-130 nəfəri Varşavada yerləşdirilib: “Bizim Krakov şəhərində də nümayəndəmiz var. Orada da 50-dən çox həmvətənimiz yerləşdirilib. Onların arasında Aəzrbaycana təxliyə edilənlər də var. Şənbə gününə çarter reysi gözlənilir. Biz burada olan soydaşlarımızı yerlə və qida ilə təmin etmişik. Ümumiyyətlə, 50 nəfərə yaxın şəxs Azərbaycana gedib. Bir çoxlarının Polşada qohumları və qalmağa yerləri olduqlarından burada qalıblar".

Mövzu ilə əlaqədar oxuyun:

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Azərbaycan və Ukrayna Prezidentləri telefonla danışıb - FOTO

Çavuşoğlu: Ukraynadan azərbaycanlıların da daxil olduğu 2604 qardaşımız yola düşüb - FOTO

Ukraynada müharibənin yeddinci günü - FOTOREPORTAJ

Kiyevdə olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ: Qatar yola düşəcək

XİN Ukraynanı tərk edən azərbaycanlıların sayını açıqlayıb – STATİSTİKA

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Paylaş:
1100

Son xəbərlər

Bütün xəbərlər