Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

S.Xankişiyeva15:53 - 24 / 02 / 2022
Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu soydaşlara silahlı qüvvələrin cəmləşdiyi bölgələrə getməməyə və hərbi obyektlərdən uzaq durmağa çağırıb.

1news.az Konsulluğun yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarına evdə və ya təhlükəsiz yerlərdə qalmaları, zərurət olmadıqca səyahətdən çəkinmələri tövsiyə olunur.

Xüsusi hallarda Azərbaycan vətəndaşları Azərbaycanın Kiyevdəki səfirliyi ilə +380 (73) 5050000 nömrəsi ilə əlaqə saxlaya və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Vətəndaşlar həmçinin yardım üçün +380 (57) 7000531[email protected] elektron poçtu ilə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu ilə əlaqə saxlaya bilərlər.

Hazırda Azərbaycanın Xarkov şəhərindəki konsulluğunun bütün əməkdaşları öz iş yerlərindədirlər. Konsulluq vəziyyətin inkişafını diqqətlə izləyir və eyni zamanda Azərbaycan vətəndaşlarının Xarkovdan necə təxliyə oluna biləcəyini nəzərdən keçirilir.

Mövzu ilə əlaqədar oxuyun:

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”

Buta Airways Bakı-Kiyev-Bakı marşrutu üzrə reysini ləğv edib

Paylaş:
1321

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər