Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır | 1news.az | Xəbərlər
Siyasət

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

S.Xankişiyeva14:33 - 25 / 02 / 2022
Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə fəxri konsulluqdan məlumat verilib.

Bildirilib ki, Azərbaycana qayıtmaq istəyən Xarkov, Çerniqov, Sumı, Poltava, Zaporojye, Dnepropetrovsk vilayətlərində yaşayan Azərbaycan vətəndaşları qeydiyyatdan keçmək üçün Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğuna müraciət edə bilərlər.

Azərbaycan vətəndaşaları bununla bağlı aşağıdakı nömrələrlə əlaqə saxlamalıdırlar:

057 700 05 31
063 047 05 50

Qeyd edək ki, xüsusi hallarda Azərbaycan vətəndaşları Azərbaycanın Kiyevdəki səfirliyi ilə +380 (73) 5050000 nömrəsi ilə əlaqə saxlaya və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Vətəndaşlar həmçinin yardım üçün +380 (57) 7000531[email protected] elektron poçtu ilə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu ilə əlaqə saxlaya bilərlər.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”

Buta Airways Bakı-Kiyev-Bakı marşrutu üzrə reysini ləğv edib

Paylaş:
1761

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər