Ukraynada müharibənin yeddinci günü - FOTOREPORTAJ
Müharibənin yeddinci günündə rus ordusu Xarkov və Kiyevi atəşə tutmağı gücləndirib.
Ukrayna tərəfi dinc sakinlər arasında onlarla itkinin olduğunu bildirir.
Rus qoşunları Kiyevə hücumu davam etdirir, Sumı, Lebedin, Oxtırkada uğursuz cəhdlər edir, həmçinin dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir. Uğur qazana bilməyən rus ordusu mülki əhalini qorxutmaq üçün mühüm infrastruktur obyektlərinə raket endirməkdə davam edir.
Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına sürətlə daxil olması üçün ərizə verib. Aİ-nin səkkiz ölkəsinin başçıları Ukraynaya namizəd ölkə statusunun verilməsini istəyiblər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı böyük itkilər səbəbi ilə Rusiya Ordusunun səfərbərlik elan edərək ehtiyat qüvvə topladığını bildirib.
Ukraynada bugünkü vəziyyət fotolarda: