MTM Xocavənd rayonunun Tuğ kəndinə həsr olunan “Müqəddəs irs” filmini istehsal edib | 1news.az | Xəbərlər
Cəmiyyət

MTM Xocavənd rayonunun Tuğ kəndinə həsr olunan “Müqəddəs irs” filmini istehsal edib

Qafar Ağayev17:05 - 17 / 03 / 2022
MTM Xocavənd rayonunun Tuğ kəndinə həsr olunan “Müqəddəs irs” filmini istehsal edib

Vətən müharibəsində qazandığı şanlı zəfərdən sonra Azərbaycan üçün prioritet məsələlələrdən biri də vaxtı ilə işğal altında olmuş ərazilərimizdə ermənilərin törətdiyi dağın­tılar, vandalizm aktları barədə faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bu, Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu zərərdən və digər müharibə cinayətlərindən beynəlxalq aləmin xəbərdar olması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ermənilərin işğal müddətində törətdikləri dağıntılar, məhv edilmiş mədəni, tarixi və dini abidələr, eləcə də digər müharibə cinayətləri ilə bağlı faktların sənədləşdirilməsi istiqamətində hazırda ölkəmizdə geniş işlər həyata keçirilir. Bu, Ermənistanın postmünaqişə dövründə ölkəmizə qarşı irəli sürdüyü iddiaların yalan və əsassız olduğunu beynəlxalq ictimaiyyətə faktoloji əsasda göstərmək baxımından da vacibdir. Bütün bunlar həm də Ermənistanın törətdiyi müharibə cinayətlərinin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymət almasına və bu ölkənin əməllərinə görə məsuliyyət daşımasına xidmət edir.

Erməni tarixçilərinin və onların xaricdəki havadarlarının saxta iddialarına qarşı MTM (“Media Təhlil Mərkəzi” İctimai Birliyi) və CBC telekanalının birgə əməkdaşlığı nəticəsində hazırlanan, Xocavənd rayonunun Tuğ kəndinə həsr olunan “Müqəddəs irs” filmi bu mənada böyük əhəmiyyət daşıyır. Filmin ideya müəllifi CBC kanalının baş direktoru Vüqar Xəlilov, redaktoru Ayaz Mirzəyev, rejissoru isə Zəka Quliyevdir.

Layihə çərçivəsində çəkiliş qrupu Xocavənd rayonunun Tuğ kəndinə səfər edərək, burada mövcud olan qədim tarixi alban məbədlərini çəkib, onlar üzərində ermənilər tərəfindən həyata keçirilən saxtakarlıq əməllərini lentə alıb. Filmdə bu saxtalaşdırma ilə bağlı həm tarixçi, həm də din xadiminin fikirləri, o cümlədən, Tuğ kəndində qədim zamanlardan yaşayan Azərbaycan-alban ailələri haqqında məlumatlar yer alıb.

Filmin ideya müəllifi Vüqar Xəlilov qeyd edir ki, Prezident İlham Əliyev postmüharibə dövründə informasiya savaşının önündə dayanaraq Ermənistanın müharibə cinayətlərini və onun doğurduğu acı nəticələri dolğun faktlar əsasında dünya ictimaiyyətinə çatdırır: “Hazırda vətəndaş olaraq hər birimizin vəzifəsi bu prosesdə yaxından iştirak etmək, ölkəmizin maraq və mənafelərini layiqincə müdafiə etməkdir. Təcavüzkarın ifşasına xidmət edən belə sənədli filmlərin hazırlanması və xarici dillərə tərcümə olunaraq beynəlxalq media platformalarında təqdimatı son dərəcə əhəmiyyətlidir. Düşünürəm ki, bu cür filmlərin hazırlanması davamlı olacaq”.

Filmin redaktoru Ayaz Mirzəyev isə bildirir ki, filmdə yer almış faktlar rəsmi İrəvanın ərazilərimizdə tarixi-mədəni irslə bağlı irəli sürdüyü iddiaların yalan və əsassız olduğunu bir daha sübuta yetirir: “Film Azərbaycanın qədim alban abidələrini erməni kilsələri kimi dünyaya təqdim edilməsi cəhdlərinin ifşası, bu abidələrin tarixi-mədəni sərvətimizin bir hissəsi olmasını göstərən faktlarla da zəngindir”.

Qeyd edək ki, “Müqəddəs irs” filminin anonsunu MTM-in “Facebook” səhifəsində https://fb.watch/bOVOSSi6tD/ izləmək mümkündür.

Paylaş:
504

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər