Ərdoğan: “Rusiya-Ukrayna müharibəsinin davam etməsi heç kimin xeyrinə deyil”
Müharibənin davam etməsi heç kimin xeyrinə deyil.
1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşdə deyib.
O bildirib ki, Türkiyə bu məsələdə hər iki tərəflə bağlı ədalətli mövqe tutub.
“Atəşkəs və sülhün bərqərar olması hər kəsin xeyrinə olacaq. Türkiyə tərəflər üçün lazım olan asanlaşdırıcı addımları atmağa hazırdır.
Danışıqlar masasında nail oluna biləcək irəliləyiş sülh üçün önəmlidir. Həll yoluna nail olacağınıza inanıram. Bu danışıqlarda hər birinizə uğurlar diləyirəm”, - Türkiyə lideri vurğulayıb.
1news.az
251