Prezident İlham Əliyev Britaniyanın Silahlı Qüvvələr nazirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Britaniyanın Silahlı Qüvvələr nazirini qəbul edib

14:23 - 30 / 03 / 2022
Prezident İlham Əliyev Britaniyanın Silahlı Qüvvələr nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib.

1news.az xəbər verir ki, görüşdə bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu məmnunluqla vurğulanıb və bu dövr ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Bu münasibətlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun Prezident İlham Əliyevə və dövlət başçısının Boris Consona ünvanlanmış təbrik məktublarının əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, 30 illik dövrdə uğurlu əməkdaşlığın həyata keçirilməsi əlaqələrimizin bundan sonra da genişlənməsi üçün yaxşı zəmin yaradır.

Görüşdə neft, qaz, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasında Azərbaycanın iştirakı qeyd edilib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə post-münaqişə dövründə gedən proseslər barədə danışıb.

1news.az

Paylaş:
330

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər