Rusiya XİN Avropa İttifaqının rəhbərliyini “qara siyahı”ya salıb
Rusiya cavab addımı olaraq Avropa İttifaqının (Aİ) rəhbər şəxslərini “qara siyahı”ya salıb”.
1news.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirlyinin açıqlamasında deyilir.
Siyahıya Avropa İttifaqının rəhbər şəxsləri, o cümlədən Ali Komissarları, Aİ-nin hərbi strukturlarının rəhbərləri, Avropa Parlamentinin əksər deputatları və s. şəxslər daxil edilib.
Rusiya XİN "qara siyahı" ilə bağlı müvafiq notanı Aİ-nin Moskvadakı nümayəndəliyinə təqdim edib.
1news.az
299