İlham Əliyev Vuçiçi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Vuçiçi təbrik edib

16:16 - 05 / 04 / 2022
İlham Əliyev Vuçiçi təbrik edib

Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

“Serbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, strateji tərəfdaşlığımızın və qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqının rifahı naminə ali fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

1news.az

Paylaş:
328

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər