Könül Nurullayeva ərəb mətbuatında postmünaqişə reallıqları və İƏT-lə əməkdaşlıqdan yazdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva ərəb mətbuatında postmünaqişə reallıqları və İƏT-lə əməkdaşlıqdan yazdı – FOTO

S.Xankişiyeva15:00 - 12 / 04 / 2022
Könül Nurullayeva ərəb mətbuatında postmünaqişə reallıqları və İƏT-lə əməkdaşlıqdan yazdı – FOTO

Milli Məclisin deputatı Könül Nurullayeva ərəb mətbuatında postmünaqişə dövrünün reallıqları, eləcə də İƏT-lə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsinə dair məqalə ilə çıxış edib.

“Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın yürütdüyü işğalçılıq siyasəti həm də Qarabağda və Şərqi Zəngəzurda bütün Azərbaycan və İslam irsini məhv etməyə yönəlmişdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra səfirlər, münaqişənin həlli üzrə təmas qrupunun üzvləri işğaldan azad olunmuş ərazilərə səfər edərkən hər şeyi öz gözləri ilə gördülər və açıq bəyanatlar verdilər.” Bu fikirlər millət vəkilinin Əlcəzair, İraq və Sudanın nüfuzlu mətbuat orqanları tərəfindən dərc olunan məqaləsində yer alıb.

“İslam dünyasından Qarabağla bağlı növbəti həmrəylik” sərlövhəli məqalədə deputat İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının üzvlərinin ötən ay Azərbaycana səfərindən, Füzuli, Şuşa və Ağdamda olmalarından bəhs edib. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, Pakistan, İraq, Mavritaniya, Mərakeşdən olan jurnalistlər, eləcə də İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının nümayəndələri Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşilikləri öz gözləri ilə görüblər. Media təmsilçiləri bütün İslam dünyasının Azərbaycanın yanında olduğunu bəyan edərək, Azərbaycan həqiqətlərini dünyaya yaymaqda davam edəcəklərini bəyan ediblər.

Qarabağda aparılan bərpa-quruculuq işlərinə toxunan K.Nurullayeva yenidənqurma prosesi zamanı İslam dəyərlərinə qarşı vandallığın nəticələrinin aradan qaldırıldığını vurğulayaraq bildirib: “Qarabağda məscidlər bərpa olunur və yeni məscidlər tikilir. Bu baxımdan, Azərbaycanın 44 günlük müharibədə qazandığı Zəfər həm də İslam dünyasının qələbəsidir. Təsadüfi deyil ki, istər işğal dövründə, istərsə də 44 günlük müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın yanında idi”.

İƏT-in postmünaqişə dövründə də Azərbaycanın yanında olduğunu qeyd edən deputat Təşkilatın Xarici İşlər Nazirləri Şurasının bu il martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda keçirilən 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qəbul edilən dörd qətnaməsini əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, İƏT Xarici İşlər Nazirləri Şurasının iclasının nəticələri Azərbaycanın münaqişədən sonrakı sülh gündəliyinə artan beynəlxalq dəstəyi bir daha təsbit etməklə, bu gündəliyin irəli aparılması və Ermənistanın 30 ilə yaxın davam etmiş işğal siyasətinin fəsadlarının aradan qaldırılması işində ölkəmizlə həmrəyliyi təsdiqləyir. Bu, həm də Azərbaycanın azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə Ermənistanla dövlətlərarası münasibətlər qurulmasını özündə ehtiva edən münaqişədən sonrakı sülh gündəliyinə beynəlxalq müstəvidə dəstək verilməsinin bariz nümunəsidir.

K.Nurullayeva diqqətə çatdırıb ki, İƏT-ə üzv dövlətlər Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətə həmişə olduğu kimi, indi də düzgün siyasi və hüquqi qiymət verir. Bir sözlə, İslam dünyası Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edir.

Misirin nüfuzlu mətbuat orqanlarında dərc olunan, “Azərbaycanla İƏT arasında əməkdaşlıq İslam dünyasının təhlükəsizliyinə xidmət edir” başlıqlı məqalədə isə deputat diqqəti 2020-ci il 44 günlük müharibə nəticəsində erməni işğalından azad edilən Azərbaycana məxsus Qarabağ və Şərqi Zəngəzur bölgəsində bərpa-quruculuq işlərinə yönəldib. Qeyd edib ki, Azərbaycan hökuməti öz maliyyə imkanları hesabına bu ərazilərdə insanların rahat və firavan yaşaması üçün infrastruktur qurur. Azərbaycanın azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə Ermənistanla dövlətlərarası münasibətlər qurulmasını özündə ehtiva edən münaqişədən sonrakı sülh gündəliyinə beynəlxalq müstəvidə dəstək də müşahidə olunmaqdadır. Bu mənada deputat İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəstəyini xüsusi qeyd edib: “Dünyanın dörd qitəsindən olan 57 dövlət adından qəbul edilmiş müddəalar Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsinin hərbi və siyasi nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin daha bir göstəricisidir.”

Məqalədə Azərbaycanın vaxtilə işğal altında olan torpaqlarında dağıdılan mədəni abidələrlə bağlı məlumat da yer alıb: “Təqribən 403 tarixi dini abidə olub, onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilər islam dəyərlərinə hörmətsizlik edərək məscidlərdən tövlə kimi istifadə ediblər. Hazırda Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə dini abidələrimizin bərpasını həyata keçirir, yeni məcsidlər inşa olunmaqdadır.”

K.Nurullayeva qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqları ən inkişaf etmiş ərazilərə çevirəcək. İƏT-ə üzv dövlətlər, İslam İnkişaf Bankı və İƏT-in digər aidiyyəti qurumlarının da Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması işlərində yardım etmək istəyi təqdirəlayiqdir: “Qəbul edilən qətnamələrdə eyni zamanda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində dəymiş zərərə görə Ermənistanın məsuliyyəti təsbit edilir, Azərbaycanın bu xüsusda hüquqi tədbirlərə əl atmaq haqqı vurğulanır. Beləliklə, Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra rəsmi Bakı ilə İƏT arasında əməkdaşlıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Postmünaqişə dövrünün yeni reallıqlarına uyğun davam edən bu əməkdaşlıq bütövlükdə İslam dünyasının təhlükəsizliyinə xidmət edir.”

https://www.agnaden.net/?p=14091

https://www.3aagell.com/%D8%A7%D9%84%D8%AA%D8%B9%D8%A7%D9%88%D9%86-%D8%A8%D9%8A%D9%86-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D9%85%D9%86%D8%B8%D9%85%D8%A9-%D8%A7%D9%84%D8%AA%D8%B9%D8%A7%D9%88%D9%86-%D8%A7/

https://worldnewnews.com/%d8%a7%d9%84%d8%aa%d8%b9%d8%a7%d9%88%d9%86-%d8%a8%d9%8a%d9%86-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%88%d9%85%d9%86%d8%b8%d9%85%d8%a9-%d8%a7%d9%84%d8%aa%d8%b9%d8%a7%d9%88%d9%86-%d8%a7/

https://www.elamwal.com/201568

https://dzayerinfo.com/ar/%D8%B5%D9%88%D8%B1%D8%A9-%D8%A3%D8%AE%D8%B1%D9%8A-%D9%84%D9%84%D8%AA%D8%B6%D8%A7%D9%85%D9%86-%D8%A7%D9%84%D8%A5%D8%B3%D9%84%D8%A7%D9%85%D9%8A-%D9%85%D8%B9-%D9%82%D8%B1%D8%A7%D8%A8%D8%A7%D8%BA/

https://sinopanorama.net/2022/03/28/%d8%a7%d9%84%d9%86%d8%a7%d8%a6%d8%a8%d8%a9-%d9%83%d9%88%d9%86%d9%88%d9%84-%d9%86%d9%88%d8%b1-%d8%aa%d9%83%d8%aa%d8%a8-%d8%b5%d9%88%d8%b1%d8%a9-%d8%a3%d8%ae%d8%b1%d9%8a-%d9%84%d9%84%d8%aa%d8%b6%d8%a7/

https://alharir.info/%D8%B5%D9%88%D8%B1%D8%A9-%D8%A3%D8%AE%D8%B1%D9%8A-%D9%84%D9%84%D8%AA%D8%B6%D8%A7%D9%85%D9%86-%D8%A7%D9%84%D8%A5%D8%B3%D9%84

https://www.nile1.com/%d9%83%d9%88%d9%86%d9%88%d9%84-%d9%86%d9%88%d8%b1%d8%a7%d9%84%d9%84%d9%87%d9%8a%d9%8a%d9%81%d8%a7-%d8%aa%d9%83%d8%aa%d8%a8-%d8%a7%d9%84%d8%aa%d8%b9%d8%a7%d9%88%d9%86-%d8%a8%d9%8a%d9%86-%d8%a3%d8%b0/

https://alqraralaraby.com/%D8%AE%D8%A8%D8%B1/%D9%83%D9%88%D9%86%D9%88%D9%84-%D8%A7%D9%84%D9%84%D9%87%D9%8A%D9%8A%D9%81%D8%A7-%D8%AA%D9%83%D8%AA%D8%A8-%D8%B5%D9%88%D8%B1%D8%A9-%D8%A3%D8%AE%D8%B1%D9%8A-%D9%84%D9%84%D8%AA%D8%B6%D8%A7%D9%85%D9%86-%D8%A7%D9%84%D8%A5%D8%B3%D9%84%D8%A7%D9%85%D9%8A-%D9%85%D8%B9-%D9%82%D8%B1%D8%A7%D8%A8%D8%A7%D8%BA/176751#.YkH1bF7T9xI.whatsapp

Paylaş:
559

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər