Albaniya Baş naziri Azərbaycana rəsmi səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Albaniya Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

13:47 - 14 / 04 / 2022
Albaniya Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Albaniya Respublikasının Baş naziri Edi Rama aprelin 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

1news.az APA-ya istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Edi Ramanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

1news.az

Paylaş:
275

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər