Gəncədə məktəbli qız sinif yoldaşına kəsici alətlə xəsarət yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə məktəbli qız sinif yoldaşına kəsici alətlə xəsarət yetirib

13:10 - 19 / 04 / 2022
Gəncədə məktəbli qız sinif yoldaşına kəsici alətlə xəsarət yetirib

Polis Gəncədə məktəblinin sinif yoldaşına xəsarət yetirməsi ilə bağlı araşdırma aparır.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, idarəyə şəhər ərazisində olan məktəblərdən birinin 9-cu sinif şagirdi olan qızın müxtəlif bıçaq xəsarətləri alması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Araşdırmalar zamanı məktəbliyə xəsarəti onun sinif yoldaşı olan digər qız şagirdin yetirildiyi məlum olub.

Hazırda Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır, araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, hadisə şəhərdəki Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.

1news.az

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər