Sevinc Fətəliyeva: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi beynəlxalq ictimaiyyətə yönəlmiş mühüm bir mesajdır | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi beynəlxalq ictimaiyyətə yönəlmiş mühüm bir mesajdır

19:45 - 20 / 04 / 2022
Sevinc Fətəliyeva: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi beynəlxalq ictimaiyyətə yönəlmiş mühüm bir mesajdır

“Bütün dünya azərbaycanlıları tarixi hadisə ərəfəsindədir. Dünya Azərbaycanlılarının V Qurultayının qədim şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərində keçirilməsi həm xalqımız üçün qürurverici və rəmzi məna daşıyır, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş mühüm bir mesajdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad etdiyi Şuşa şəhərində keçiriləcək bu qurultay ölkəmizin xarici siyasəti ilə yanaşı, diaspor fəaliyyətində də yeni mərhələnin başlanğıcı hesab oluna bilər”.

Bu fikirləri Milli Məcliisn Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Ölkəmizdə milli diaspor fəaliyyətinin təməli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi ümummilli lider Heydər Əliyev tərəfindən 1991-ci il dekabrın 16-da imzalanan “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərarla atılıb. Dünya azərbaycanlılarının təşkilatlanması, müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin inkişaf etdirilməsində bu qərar son dərəcə əhəmiyyətli olub. Məhz bu hal xaricdə yaşayan soydaşlarımız tərəfindən Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldikdən sonra gördüyü işlərə diqqəti artırıb, Azərbaycan dövlətinin varlığına və gələcəyinə inam və ümidlər yaradıb, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olub.

Deputat bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaradıb. Ulu Öndər bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu siyasətin məqsədi dünya azərbaycanlılarının Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

S.Fətəliyeva qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması bu məsələnin dövlətmiz üçün prioritet olduğunu təsdiqləyirdi. Düyna azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsi də bu məqsədə xidmət edir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan dövləti ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq 2001-ci ilin mayın 23-də ümummilli lider Heydər Əliyev “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin ilin noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olub. Ulu Öndərin siyasətini layiqincə davam etdirən Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində də dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi daim prioritet olub. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycan diasporu təşkilatlanıb və güclənib.

“Vətən müharibəsində möhtəşəz zəfər qazanan Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və Azərbaycan diasporu da bu reallıqlardan çıxış edərək, öz fəaliyyətində yeni istiqamətləri müəyyən etməlidir. Şuşada keçiriləcək Zəfər qurultayı da postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili, erməni vandalizminin dünyada ifşası, beynəlxalq təşkilatlar, müxtəlif ölkələrdəki yerli qurumlar, media və digər təsisatlarla aparılan işin yenidən dəyərləndirilməsi, vahid şəbəkə formasında yeni konsepsiyalara əsaslanan tədbir və layihələrin həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır”,-deyə S.Fətəliyeva vurğulayıb.

Paylaş:
355

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər