Azərbaycan Prezidenti: Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirən əsas faktordur
Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil.
1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı diqqətə çatdırıb ki, xaricdə yaşayan soydaşlarımız ilk növbədə Azərbaycan dilini bilməlidirlər. Təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq kifayət deyil.
“Ona görə biz Azərbaycan məktəblərinin açılmasına da hər zaman kömək göstərməyə hazırıq. Əslində bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas faktordur. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
1news.az