“Nobel mükafatı almaq arzusundayam”: Rəşad Baxşızadə ABŞ-da kvant fizikası üzrə gələcək tədqiqatlarından bəhs edib – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

“Nobel mükafatı almaq arzusundayam”: Rəşad Baxşızadə ABŞ-da kvant fizikası üzrə gələcək tədqiqatlarından bəhs edib – FOTO

S.Xankişiyeva12:07 - 22 / 04 / 2022
“Nobel mükafatı almaq arzusundayam”: Rəşad Baxşızadə ABŞ-da kvant fizikası üzrə gələcək tədqiqatlarından bəhs edib – FOTO

Rəşad Baxşızadənin cəmi 25 yaşı var, lakin o, artıq Bakıda və Varşavada iki universitetin diplomlarını əldə edib. Yaxın zamanda isə, ABŞ-a köçərək, orada kvant fizikası sahəsində doktorluq dissertasiyası üzərində çalışacaq.

Yaxın günlərdə “Azərbaycan Universitetləri”nin Facebook səhifəsində Missuri Elm və Texnologiya Universitetinin (ABŞ) doktorantura pilləsinə tam təqaüdlə (45 000 ABŞ dolları məbləğində) qəbul olduğu, eləcə də, həmin universitetdə professor köməkçisi kimi işləyəcəyi barədə məlumat yayıb.

Azərbaycanlı tədqiqatçı-fizik 1news.az-a müsahibəsində taleyin onu Missuri Universitetinə necə aparmasından, qarşıdakı illərdə hansı elmi işlərlə məşğul olacağından danışıb, həmçinin elm sahəsindəki plan və arzularını bölüşüb.

“Fizikaya marağım universitetə qəbula ​​hazırlaşığım dövrdə yarandı. Bakıda Qafqaz Universitetinin fizika müəllimliyi fakültəsinə daxil olandan sonra anladım ki, düzgün seçim etmişəm. Həmçinin oradakı müəllimlər mənim üçün motivasiya mənbəyi oldular”, – Rəşad Baxşızadə deyir.

İngilis dilində təhsil alması gəncə məlumat mənbələrini əhəmiyyətli dərəcədə genişləndirməyə və biliklərini dərinləşdirməyə kömək etdi.

Rəşad Varşava Universitetində magistratura pilləsində təhsilini davam etdirəndə Polşa Elmlər Akademiyasında Tədqiqat Mərkəzində işə düzəlir. Burada onun kvant fizikası və fiziki proseslərin kompüter simulyasiyası istiqamətində elmi tədqiqatları davam etdirmək istəyi formalaşır.

“Kvant fizikası – sadə dillə desək, bu, hər şeyin mənbəyidir. Bu sahə texnologiyanın inkişafı üçün əsas olan dərin bilikləri özündə cəmləşdirir. Bu, olduqca maraqlıdır”, – Rəşad deyir.

O, sözlərinə əlavə edib ki, kvant fizikasında “Hər şeyin nəzəriyyəsi” (bu termin təbiətdəki fundamental qarşılıqlı təsirləri birləşdirəcək nəzəriyyəyə aiddir) – kimi konsepsiyanın daha dərindən öyrənilməsi istiqamətində bir alim kimi inkişaf etmək niyyətindədir.

Rəşad Baxşızadə təhsilini hansı formatda və harada davam etdirmək istədiyini anlamaq üçün internetdə dünyanın hansı universitetlərinin və konkret olaraq hansı professorların bu sahə ilə məşğul olduğu, onun elmi istiqamətləri ilə kimlərin maraqlanacağı barədə məlumat axtarmağa başlayır.

“Beləliklə, Missuri Universitetini axtarıb tapdım. Professorlardan birinə yazdıqdan sonra dərhal cavab aldım. Dialoqumuz baş tutdu. Məndən indiyə qədər gördüyüm bütün tədqiqat işlərimi ümumiləşdirməyi və baxılması üçün universitetə ​​göndərməyimi xahiş etdilər. İşimi maraqlı gördüklərini bilmək məni çox sevindirdi”, – Rəşad deyir.

Missuri Universiteti Rəşad Baxşızadə ilə 6 il müddətinə müqavilə bağlayıb. İlk üç il o, doktorluq dissertasiyası üzərində çalışmalı, həmçinin professor köməkçisi olacaq. Növbəti üç ildə gənc azərbaycanlı alim, universitetin akademik həyatında iştirakını davam etdirəcək.

“İndi məni emosiyalar bürüyüb. Çalışacağım şəxslər, araşdırma aparacağım mühitlə bağlı düşüncələr məni çox ruhlandırır. Və səbirsizliklə bu işə özümü qərq etməyi gözləyirəm”, - o, dedi.

“Karyerama gəlincə, bunu söyləyə bilərəm – harada kvant fizikası varsa, orada olacağam”, - gənc gülərək dedi.

“Missuri Universitetinə qəbul olunmağımla bağlı xəbəri eşidənlər məni təbrik edir və sevinirlər, bəziləri isə, gələcəkdə Nobel mükafatı laureatı olmağımı arzulayırlar. Bəli, mən özüm də fizika üzrə Nobel mükafatı almağı arzulayıram. Bu, çox dəyərli mükafatdır və çox həvəsləndirici hadisədir. Ümid edirəm ki, nə vaxtsa bu mənim də başıma gələcək”, - o, deyir.

İyun ayına qədər Rəşad Baxşızadə Varşavadakı elmi-tədqiqat mərkəzində bütün işləri başa çatdırmağı, daha sonra Vətəninə səfər etməyi, bundan sonra isə, avqustun əvvəlində ABŞ-a köçməyi planlaşdırır.

Rəşad Baxşızadə onu da bildirib ki, 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı cəbhəyə getmək istəyib, lakin çağırılmayıb. “O vaxt güclü olduğum sahədə, yəni elmdə ölkəmə xeyir verməyi, xalqımı şöhrətləndirməyi qarşıma məqsəd qoydum. Əminəm ki, ətrafı dəyişdirmək istəyərkən, ilk növbədə özümüzdən başlamalıyıq”.

Rəşad Azərbaycan gənclərinə müraciət edərək gəncləri sosial şəbəkələrdən gələn yalançı kumirlərin təsirinə düşməməyə, özlərinə və güclü tərəflərinə inanmağa, Vətənə, bütün Azərbaycan xalqına xeyir verərək istedad və bacarıqlarını inkişaf etdirməyə çağırıb.

Müəllif: Yelena Ostapenko

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1266

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər