Narkotikin təsiri altında qəza törədən sürücü həbs edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotikin təsiri altında qəza törədən sürücü həbs edildi - FOTO

S.Xankişiyeva10:46 - 23 / 04 / 2022
Narkotikin təsiri altında qəza törədən sürücü həbs edildi - FOTO

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edərək qəza törədən şəxs həbs olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, rayon sakini Nurlan Qurbanov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər ərazisində qəza törədərək hadisə yerindən yayınıb. Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə isə ziyan dəyib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə N.Qurbanovun olduğu yer müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun narkotik vasitə qəbul etdiyi məlum olub.

N.Qurbanov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və qərara əsasən 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Paylaş:
299

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər