Bakıda ad gününü qeyd edən məktəbli qız özünü binadan atdı - Təfərrüat | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ad gününü qeyd edən məktəbli qız özünü binadan atdı - Təfərrüat

15:19 - 03 / 05 / 2022
Bakıda ad gününü qeyd edən məktəbli qız özünü binadan atdı - Təfərrüat

Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib.

1news.az bildirir ki, Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.

Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.

1news.az

Paylaş:
254

Son xəbərlər

Bütün xəbərlər