İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədrini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədrini qəbul edib - YENİLƏNİB

14:44 - 16 / 05 / 2022
İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, ilk növbədə siyasi sahədə uğurla inkişaf etdiyini vurğuladı, bu işdə iki ölkənin dövlət başçıları arasında münasibətlərin xüsusi önəm daşıdığını qeyd etdi və bu baxımdan Özbəkistana səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev tarixi, dil və mədəni yaxınlığın münasibətlərimizin möhkəmlənməsi üçün əsas yaratdığını bildirdi.

İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı ticarət dövriyyəsinin səviyyəsinin artırılmasının önəmini qeyd etdi və bunun üçün yaxşı imkanların olduğunu vurğuladı. Həm Azərbaycanda, həm də Özbəkistanda nəqliyyat infrastrukturu sahəsində böyük işlərin görüldüyünü deyən Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və nəqliyyat dəhlizlərinin tam şəkildə işə salınması üçün perspektivlərin mövcud olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimizin iqtisadi sahədə qazandığı nailiyyətləri də qeyd edərək qarşılıqlı sərmayə qoyuluşu və digər ölkələrdəki layihələrə birgə sərmayə yatırılması imkanlarının da nəzərdən keçirilməsinin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın və Özbəkistanın qanunverici orqanları arasındakı münasibətlərə toxunaraq, qarşılıqlı səfərlərin və beynəlxalq parlamentlərarası strukturlardakı əlaqələrimizin bu sahədə əməkdaşlığa töhfə verdiyini bildirdi.

Türk Dövlətləri Təşkilatında əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı bu təşkilat çərçivəsində iş birliyimizin ölkələrimizin qardaşlığı və tarixi dostluğundan, mədəni köklərdən irəli gələrək təbii əməkdaşlıq xarakteri daşıdığını vurğuladı və bu baxımdan Özbəkistanın bu təşkilata tamhüquqlu üzv olmasının önəmini qeyd etdi.

Prezident İlham Əliyev digər beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də uğurlu əməkdaşlığın və ölkələrimizin qarşılıqlı dəstəyinin önəminə toxundu.

Dövlətimizin başçısı xüsusi olaraq qeyd etdi ki, qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə yaxşı münasibətlərə malik olduğunu vurğulayaraq, Azərbaycan tərəfinin Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif etdiyini bir daha xatırlatdı.

Dövlətimizin başçısı Nurdinjon İsmoilovun səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Nurdinjon İsmoilov ilk növbədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Eyni zamanda, o, Özbəkistanın dövlət başçısının 28 May - Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Prezident İlham Əliyevə təqdim etdi. Nurdinjon İsmoilov Şavkat Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Nurdinjon İsmoilov bildirdi ki, Özbəkistan Prezidenti böyük siyasi xadim ulu öndər Heydər Əliyevin xatirəsini daim ehtiramla yad edir və Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini bildirir. Qonaq Ulu Öndərin bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş siyasi xadim olduğunu vurğuladı.

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Bakıda gördüyü inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını qeyd etdi və ölkəmizin qazandığı nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

11:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
378

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər