İran ABŞ-ni yeni müharibə ilə bağlı xəbərdar etdi: “Hərbi bazalar legitim hədəfə çevriləcək” | 1news.az | Xəbərlər
Dünya

İran ABŞ-ni yeni müharibə ilə bağlı xəbərdar etdi: “Hərbi bazalar legitim hədəfə çevriləcək”

1news Redaksiyası12:13 - Bu gün
İran ABŞ-ni yeni müharibə ilə bağlı xəbərdar etdi: “Hərbi bazalar legitim hədəfə çevriləcək”

İran ABŞ-ni ölkəyə qarşı mümkün yeni hərbi əməliyyatın ağır nəticələri barədə xəbərdar edib.

Tehran bəyan edib ki, Vaşinqtonun yeni müharibəyə başlaması halında Qərbi Asiyadan Avropayadək hücumda iştirak edən bütün hərbi bazalar İranın zərbələri üçün legitim hədəf olacaq.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.

O qeyd edib ki, ABŞ İrana qarşı yeni müharibəyə başlayarsa, bu hücumda iştirak edən heç bir hərbi baza İranın zərbələrindən kənarda qalmayacaq.

Rzayi belə bir ssenaridə İrana qarşı hücumlar üçün istifadə ediləcək hərbi bazaların təhlükəsiz hesab edilə bilməyəcəyini vurğulayıb.

“Güvənli məsafə yoxdur, təhlükəsiz sığınacaq yoxdur, toxunulmazlıq yoxdur”, - deyə o bildirib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər