Bakıda marşrut xətləri ilə bağlı məlumatları “Google Maps”dan əldə etmət mümkün oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda marşrut xətləri ilə bağlı məlumatları “Google Maps”dan əldə etmət mümkün oldu

Qafar Ağayev16:21 - 22 / 08 / 2022
Bakıda marşrut xətləri ilə bağlı məlumatları “Google Maps”dan əldə etmət mümkün oldu

Bakı şəhərində müntəzəm marşrut xətləri barədə məlumatları Google Maps” platformasından əldə etmək mümkündür.

Bu barədə 1news.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Xatırladaq ki, qurum sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi, eləcə də məlumatlandırma imkanlarının daha da genişləndirilməsi məqsədilə ötən dövrdə “Alo141” çoxfunksiyalı internet portalını istifadəyə verib. Burada istifadəçilərə səyahəti əvvəlcədən planlaşdırmağa imkan verən müntəzəm marşrut xətləri barədə məlumatlar təqdim edilir.

Artıq bu məlumatları “Google Maps” platformasından da əldə etmək mümkündür. Agentliyin Vahid Dispetçer Xidməti paytaxt ərazisində mövcud marşrut şəbəkəsi, avtobusların hərəkət sxemi, dayanacaq məntəqələri, başlanğıc və son məntəqələri barədə zəruri məlumatları emal edərək “Google Maps"in nəqliyyat komandasına təqdim edib. Əgər əvvəllər “Google Maps” bu məlumatları həvəskar qruplardan əldə edirdisə, hazırda proses peşəkar səviyyədə icra edilir. Xəritə üzrə məlumatlar marşrut xətlərində ediləcək dəyişikliklərə uyğun olaraq mütəmadi olaraq yenilənəcək.

Məlumatlandırmanın əhəmiyyətini nəzərə alaraq sərnişinlərimizə daha keyfiyyətli müasir səviyyədə xidmət təqdim etmək üçün əlavə təkmilləşdirmə işləri görülür.

Paylaş:
263

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər