“Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına görə Minsk qrupu da Ermənistan qədər məsuliyyət daşıyır” - Ekspert | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına görə Minsk qrupu da Ermənistan qədər məsuliyyət daşıyır” - Ekspert

16:34 - 06 / 09 / 2022
“Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına görə Minsk qrupu da Ermənistan qədər məsuliyyət daşıyır” - Ekspert

1992-ci ildə Ermənistanla Azərbaycan arasındakı münaqişənin həll edilməsi məqsədi ilə yaradılan ATƏT-in Minsk qrupu uzun illər ərzində sülh danışıqları prosesində iştirak etsə də, əslində münaqişənin həlli ilə deyil, onun uzadılması ilə məşğul olub. Bu da ölkəmizə qarşı olan ikili standartlardan irəli gəlib.

Ordumuzun möhtəşəm qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra isə Minsk qrupu əhəmiyyətsiz bir quruma çevrildi. Çünki uzun illər ərzində onun həll edə bilmədiyi münaqişəni Azərbaycan öz gücü ilə həll etdi, bununla həm də BMT-nin kağız üzərində qalan qətnamələrinin icrasını da yerinə yetirmiş oldu.

Minsk qrupunun münaqişənin həlli ilə bağlı heç bir iş görməməsinə və Azərbaycanın işğal altında qalmış ərazilərini öz hərbi gücü hesabına azad etməsinə baxmayaraq, Ermənistan və onun havadarları vaxtaşırı Minsk qrupunu yenidən gündəmə gətirirlər.

Azərbaycan Prezidenti İlham Əliyev də bu əbəs cəhdlərlə bağlı fikirlərini dəfələrlə dilə gətirib və artıq Minsk qrupuna ehtiyac olmadığını qeyd edib:

“ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib. Ona görə də Azərbaycan Qarabağ münaqişəsini həll edəndən sonra Minsk qrupuna ehtiyac qalmayıb”.

Bununla bağlı 1news.az-a açıqlama verən siyasi ekspert Elçin Mirzəbəyli Minsk qrupunun üzərinə düşən heç bir öhdəliyi yerinə yetirə bilmədiyini və yaşanan hər şeyə görə Ermənistan qədər Minsk qrupunun da məsuliyyət daşıdığını qeyd edib:

“Minsk qrupu bütövlükdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılmasına, ərazilərin viran qoyulmasına, abidələrin dağıdılmasına, 1 milyon insanın öz evindən didərgin düşməsinə, məhrumiyyətlər yaşamasına görə Ermənistan qədər məsuliyyət daşıyır. Çünki BMT qətnamələrinin icrası istiqamətində müvafiq addımlar atılması həmsədrlərin üzərinə düşürdü. Hər üç həmsədr prinsip etibarilə həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və onlar Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı BMT qətnamələrinə səs vermişlər. Bütün bunların fonunda yenidən “Minsk qrupu” sözünün dilə gətirilməsi ən azı ayıbdır və bir dövlət olaraq özünə sayğı duyan ölkələr, xüsusən də ABŞ və Fransa öz imzalarına hörmət etməli və bu müddət əzrində işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyduqlarına görə xəcalət çəkməlidirlər. “Minsk qrupu” sözü bütövlükdə bölgənin, eyni zamanda ATƏT-in Minsk qrupu həmsədrlərinin tarixinə bir utanc və qara ləkə kimi yazılıb”.

Siyasi ekspert, həmçinin Ermənistanın öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırması ilə bağlı da fikirlərini bildirib:

“Ermənistanın öhdəlikləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. İndiki şəraitdə Brüssel prosesi və 10 Noyabr Bəyanatının prinsipləri və müddəaları, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranmış yeni reallıq Ermənistana seçim etmək üçün imkan vermir. Paradoksal görünsə də, Ermənistanın mövcud şəraitdə yeganə çıxış yolu, hətta erməni xalqının xoşbəxtliyi belə 10 Noyabr Bəyanatının şərtlərinə əməl etməkdir. Əks təqdirdə biz Ermənistanı buna məcbur etməyin yolunu bilirik. Necə öz ərazi bütövlüyümüzü təmin etmişiksə, eyni qaydada müvafiq addımlar da ata bilərik.

Bu gün tarixi sənədlər və Ermənistan adlanan dövlətin ərazisində yaşayan insanların qeydiyyata alınması ilə bağlı sənədlər sübuta yetirir ki, həmin ərazilərdə yaşayanların mütləq əksəriyyəti azərbaycanlılar olub. Digər tərəfdən azərbaycanlılar Ermənistan ərazisindən sovet dövründə deportasiya ediliblər. SSR-nin süqutundan bir müddət əvvəl də 200 mindən çox Azərbaycanlı öz torpaqlarından qovulub və həmin torpaqlar Azərbaycan xalqına məxsusdur. Bu aspektdən Ermənistan öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan tərəfinin bu məsələni qaldırmağa tamamilə hüququ çatır. Bu öz torpağından qovulmuş azərbaycanlıların bütün fundamental hüquqlar tərəfindən beynəlxalq hüquq müstəvisində tanınmış hüquqlarıdır. Azərbaycan bu istiqamətdə tam hüquqi müstəvidə addım atmaq imkanına və potensialına malikdir”.

Ayşən İsmayılova

Paylaş:
463

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər