Prezident: Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır

Qafar Ağayev10:31 - Bu gün
Prezident: Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır

Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında bildirib.

İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlət başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilib.

İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər