Dəbə düşən yeni adətlər - “Mənəvi baxımdan kasıb olan insanlardır” - Kulturoloq və psixoloqdan ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəbə düşən yeni adətlər - “Mənəvi baxımdan kasıb olan insanlardır” - Kulturoloq və psixoloqdan ŞƏRH

Ayşən İsmayılova13:22 - 29 / 09 / 2022
Dəbə düşən yeni adətlər - “Mənəvi baxımdan kasıb olan insanlardır” - Kulturoloq və psixoloqdan ŞƏRH

“Cinsiyyət partisi”, “baby shower”, dəbdəbəli evlilik təklifləri və s. Bunlar sosial şəbəkələrlə birlikdə həyatımıza girən yeniliklərin sadəcə bir qismidir. Xarici və türk blogerlərin əsas izləyiciləri gənc insanlar olduğu üçün bu cür yeni adətlər xüsusən də yeniyetmələr və gənclər arasında “dəbə düşüb”.

İlk baxışda məsum bir əyləncə kimi görünən bu tip partilər bəzən xoşagəlməz hallarla, hətta ölümlə də nəticələnə bilir. Belə hadisələrdən biri ABŞ-ın Ayova ştatında baş verib. Burada yaşayan bir cütlüyün yeni doğulacaq övladları üçün təşkil etdikləri “cinsiyyət partisi”ndə evdə hazırlanmış fişənglərin partlaması nəticəsində məclisdəki qonaqlardan biri - 56 yaşlı Pamela Kreimeyer dünyasını dəyişib. Cəmiyyətimizdə birmənalı qarşılanmayan “baby shower” isə bu partilərlə müqayisədə daha məsumdur. Çünki o, əsasən hamilə qadına dəstək olmağa və körpənin bəzi ehtiyaclarını hədiyyə olaraq qarşılamaq məqsədi daşıyır. Lakin hazırda bu cür yığıncaqlar elə təmtəraqlı edilir ki, dəstəkdən daha çox özünü göstərmə kimi görünür. Bu mövzu ilə bağlı mütəxəssislərin fikirləri isə müxtəlifdir.

“Əgər seriallardan, sosial şəbəkələrdən və digər cəmiyyətlərin həyatından hansısa bir adət-ənənə, bayram, gün Azərbaycan cəmiyyətinə müsbət enerji verirsə, sosialaşmaya aparırsa, insanlarımızı birləşdirə bilirsə, niyə də onlardan yararlanmayaq?”

Bunu 1news.az-a açıqlamasında kulturoloq Aydın Xan Əbilov söyləyib.

"Bir çox adət-ənənə var ki, onlar Azərbaycanda həmişə olub. Uşaq dünyaya gələndən 40 gün sonra çilləsinin çıxması, valideynlərin “uşaq gördü” etməsi və uşağın 40 günü və 1 ilinin təmtəraqlı məclislə qeyd olunması, eyni zamanda oğlan uşaqları sünnət olanda kiçik toy edilməsi kimi adətlər Azərbaycana məxsusdur. Bunların azərbaycanlılar tərəfindən yenidən qaytarılması və xarici anoloqunun olması normal qarşılanmalıdır. Amma elə adətlər var ki, cəmiyyət onları qəbul etməyə hazır deyil. Gənclərimizin müxtəlif xalqlardan və cəmiyyətlərdən götürdükləri adətlər var ki, Azərbaycanın mental dəyərləri ilə ziddiyyət təşkil edir. Əgər biz bütün xalqların adət-ənənələrini götürsək, gərək bir gündə 3-4 bayram keçirək, partilər təşkil edək. Hindistanda yüzlərlə bayram, xüsusi gün var. Eləcə də Amerikada, Avropa ölkələrində gülüş bayramlarından tutmuş öpüş günlərinə qədər müxtəlif qəribə günlər keçirilir. Əgər bunların hamısını götürsək, öz milli bayramlarımıza gün çatmayacaq. Kütləvi informasiya vasitələri, mədəniyyət xadimləri, elm adamları, beyin mərkəzləri Azərbaycana gələn texnologiyaların cəmiyyətimiz üçün hansı nəticələr verməsi ilə bağlı ictimai müzakirələr aparmalıdırlar və gənclərimizə hansısa bir formada, amma onları incitməmək şərtilə, onlara etiraz yeri qoymamaq şərtilə təkliflər verməlidirlər. Bu vaxtilə Azərbaycan cəmiyyətində olub. Məsələn, dünyadan ixrac olunan 8 Mart Qadınlar Günü, Yeni il kimi bayramları sadalaya bilərik. O cümlədən, Azərbaycan bayramları da dünyaya ixrac olunur. Məsələn, bizim Novruz bayramı, İlaxır çərşənbələr qonşu xalqların, UNESCO və BMT-nin tribunalarında qeyd edilən bayramlara çevrilib. Bu normal bir haldır, çünki Azərbaycan dünyanın mərkəzində yerləşir, buna görə də ona hərtərəfli təsirlər olur və bu özünü bizim adət-ənənələrimizdə və tədbirlərimizdə də göstərir”.

Psixoloq Gülnar Orucova isə bu cür halların mənəvi kasıblıqdan irəli gəldiyini qeyd edib.

“Hazırda elə bir həyatda yaşayırıq ki, istirahətimiz belə istirahət sayılmır. Övladımızı götürüb istirahətə aparırıq və uşağımızı məcbur edirik ki, bu cür dayan mən şəkil çəkəcəm, yeməyini hələ yemə, səni yeməklə bir yerdə çəkəcəm. Sosial şəbəkədə o qədər şəkil paylaşırıq ki, istirahətimiz artıq istirahət olmaqdan çıxıb. Bəs bunu niyə edirik? İmkanlı şəxslər şəkil çəkdirməyə və hər dəfə yeni geyimlər geyinməyə o qədər də meyilli olmur. Ancaq göstəriş üçün yaşayan təbəqə var ki, onlar sonradan görürlər və şüuraltlarında mənəvi baxımdan kasıb olduqları üçün qızıl-zinət əşyalarına daha çox pul verirlər ki, daha varlı görünsünlər. Həmçinin, restoranlara, istirahət mərkəzlərinə gedib şəkillər çəkdirib etiketləyirlər. Onlar mənəvi baxımdan kasıb olan və şüuraltında qıtlıq olan insanlardır. Bəzi insanlar toy edirlər və biz onların toyunun nə vaxt və harada olduğunu bilmirik. Bəzi insanlar da var ki, tanışlıqlarından tutmuş boşanmalarına qədər sosial şəbəkədə görürük.

Xarici və türk blogerlərdən gördüklərimiz yaxşı şeylərdirsə, götürmək olar. Amma “baby party”lər sırf göstəriş üçün yaranmış şeylərdir. Əvvəllər övladlarımızı ata-anamızın yanında qucağımıza almırdıq və yaxud hamiləliyimizi bildirməyən paltarlar geyinirdik. İndi isə 3 aylıq hamilə qadınlar elə paltarlar geyinir, elə şəkillər çəkdirirlər ki, biz artıq bunu bilirik. Bu özünə inanan birinin etdiyi şeylər deyil. İnsan özünə inanmayanda, özünü cəmiyyətdə təsdiq edə bilməyəndə bu cür şeylərlə özünü təsdiq etməyə çalışır”.

Ayşən İsmayılova

Paylaş:
1148

Son xəbərlər

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:04Cavanşir Məmmədov vəfat etdiBu gün, 13:00Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53
Bütün xəbərlər