NATO-nun nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

NATO-nun nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

Qafar Ağayev17:40 - 22 / 11 / 2022
NATO-nun nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

“NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Milli Müdafiə Universitetini ziyarət edib.

1news.az xəbər verir ki, Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq, NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğunu bildirib.

Ölkəmizin NATO ilə mövcud hərbi əməkdaşlığının bundan sonra daha da genişləndirilməsində maraqlı olduğu qeyd edilib.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən kontr-admiral Q.Brusdal Azərbaycan Ordusunun müxtəlif sahələrində görülən işlərin hərbi təhsil sahəsinə də müsbət təsir etdiyini xüsusi vurğulayıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO-nun müxtəlif proqramları çərçivəsində fəaliyyətlərini yüksək qiymətləndirən qonaq Azərbaycan ilə NATO arasında əlaqələrin uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonra Milli Müdafiə Universitetinin və onun nəzdindəki digər hərbi təhsil müəssisələrinin fəaliyyət istiqamətləri, strukturu və qarşıda duran vəzifələri ilə bağlı qonaqlara brifinq təqdim olunub.

NATO nümayəndə heyəti də öz növbəsində, NATO-nun tarixi, strukturu və Azərbaycan-NATO əlaqələrini özündə əks etdirən prezentasiyaları dinləyicilərə təqdim edib.
Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Paylaş:
318

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər