Vaxtı keçmiş məhsul satanlar 6 min manat cərimələnəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaxtı keçmiş məhsul satanlar 6 min manat cərimələnəcək

1news Redaksiyası11:38 - Bu gün
Vaxtı keçmiş məhsul satanlar 6 min manat cərimələnəcək

Mağazada istifadə müddəti bitmiş məhsul satan və ya alıcıları malın çəkisi, ölçüsü, qiymət hesabı və keyfiyyəti ilə bağlı aldadan şəxslər minlərlə manat cərimələnə bilər.

1news.az
trend.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Belə ki, saxlama müddəti ötmüş məhsulların satışına, eləcə də istehlakçıların malın və ya xidmətin ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manatadək cərimə edilirlər.

İstehlakçının aldadılması ilə bağlı bu cərimə həmin əməlin vurduğu ziyanın 5 000 manatdan çox olmadığı hallara aiddir.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər