Azərbaycan neftinin qiyməti aşağı düşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti aşağı düşüb

1news Redaksiyası10:03 - Bu gün
Azərbaycan neftinin qiyməti aşağı düşüb

Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən 100 dollardan aşağı düşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,75 ABŞ dolları və ya 0,75% azalaraq 99,88 ABŞ dollarına düşüb.

Bundan əvvəl Azərbaycan nefti 100,63 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər