Azərbaycan müdafiə naziri Türkiyədəki helikopter qəzası ilə bağlı başsağlığı verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan müdafiə naziri Türkiyədəki helikopter qəzası ilə bağlı başsağlığı verdi

1news Redaksiyası11:05 - Bu gün
Azərbaycan müdafiə naziri Türkiyədəki helikopter qəzası ilə bağlı başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: "Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər