Serbiya Prezidenti Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Rəsmi

Serbiya Prezidenti Azərbaycana səfər edəcək

16:43 - 23 / 11 / 2022
Serbiya Prezidenti Azərbaycana səfər edəcək

Güman edirəm ki, növbəti 20 gün ərzində Bakıya qeyri-rəsmi, amma zəruri bir səfər edəcəyəm.

1news.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda mətbuat konfransında bildirib.

“Bu səfər çərçivəsində bizim üçün həddən ziyadə zəruri məsələləri müzakirə edəcəyik. Serbiya hökumətinin bir neçə naziri də mənə qoşulacaq. Və biz bunun vasitəsilə ilə bu gün burada təsis etdiyimiz strateji tərəfdaşlığı bərkidəcəyik, müvafiq addımları atacağıq”, - Serbiya lideri qeyd edib.

1news.az

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər