Deputat: “Ermənilər gec-tez seçim etməlidirlər” - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Ermənilər gec-tez seçim etməlidirlər” - ŞƏRH

Ayşən İsmayılova12:00 - 13 / 01 / 2023
Deputat: “Ermənilər gec-tez seçim etməlidirlər” - ŞƏRH

“Azərbaycan 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Yalnız Xankəndi və onun ətrafında olan ərzilərdə erməniəsilli insanlar yaşamaqdadırlar. Çox təəssüf ki, burada normal vətəndaşlarla yanaşı separatçı qüvvələr də yaşayır. Üçtərəfli bəyənatın müddəalarına əsasən rus sülhməramlılarının bu əraziyə daxil olduğu müddətlə paralel olaraq ermənilərin silahlı dəstələri bu əraziləri tərk etməliydi, ancaq hələ də bu proses baş tutmayıb. Hələ də separatçıların və Ermənistan silahlı qüvvələrinin bir hissəsi bu ərazilərdə qanunsuz olaraq mövcudiyyətini davam etdirir”.

Deputat qeyd edib ki, Azərbaycan ilk növbədə həmin silahlı dəstələrin buradan çıxarılmasını tələb edir və buna ən qısa zamanda nail olacaq.

“Daha sonrakı prosesdə isə məhz 1992-ci ilədək bu ərazilərdə yaşamış, Azərbaycan vətəndaşı olmuş və həmin insanların hazırkı övladları, nəvələri və yaxud ən yaxın qohumlarının siyahıları müəyyənləşdiriləcək və bu ərazidə Azərbaycan vətəndaşlığını qəbul edərək öz həyatlarını davam etdirəcək. Yəni burada sadə bir məntiq var. Azərbaycan vətəndaşı olmuş insanlar istədikləri təqdirdə təkrarən Azərbaycan vətəndaşlığını qəbul edəcək və Azərbaycanda yaşayacaqlar. Azərbaycan tərəfi isə onların həm təhlükəsizliyinin, həm sosial təminatının təşkilini həyata keçirəcək".

"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri bu ərazilərdə də tətbiq olunacaq və Azərbaycanın ən inkişaf etmiş ərazilərindən birinə çevriləcəkdir" -deyə, deputat əlavə edib:

"Düşünürəm ki, ermənilər bu seçimi gec-tez etməlidirlər. Prosesləri uzatmaq olmaz. Separatçı qüvvələr tərəfindən dustaq saxlanılan erməniəsilli vətəndaşlara azadlıq verilməlidir və onlar öz seçimlərini özləri etməlidir. Azərbaycan vətəndaşlığını qəbul etməyən erməniəsilli həmin insanlar isə asanlıqla Laçın yolu vasitəsilə bu əraziləri tərk edə və Ermənistana gedib Ermənistan vətəndaşlığını qəbul edə bilərlər”.

Paylaş:
635

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər