Deputat: “Ermənistan sülh masasında əyləşmək istəmir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Ermənistan sülh masasında əyləşmək istəmir”

Ayşən İsmayılova16:28 - 24 / 01 / 2023
Deputat: “Ermənistan sülh masasında əyləşmək istəmir”

“Ermənistan Avropa İttifaqından uzunmüddətli missiyanın göndərilməsi ilə bağlı razılıq əldə edilməsi ilə sülh danışıqlarına kölgə salmaq, prosesləri uzatmaq və yeni reallıqları öz xeyrinə dəyişmək məqsədini güdməkdədir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Bütün bunlarla yanaşı Ermənistan faktiki olaraq Rusiyaya üz çevirir və regionda Rusiyanın təsirini azaltmaqla Avropa İttifaqının və qərbin mövqeyinin daha da güclənməsini istəyir. Onsuz da Paşinyanın Avropaya və qərbə meyilli olduğu hər kəsə bəlli idi. Ancaq Rusiyadan qorxduğu üçün hal-hazırda mövcud hakimiyyəti qorumaq üçün həm Avropa ilə, həm də Rusiya ilə balanslaşdırılmış siyasət həyata keçirmək istəyirdi. Lakin istənilən halda reallıqlar fonunda bunu etmək çox çətindir və faktiki olaraq Azərbaycanın 44 günlük vətən müharibəsində zəfər qazanması və Ermənistanın uduzan tərəf olması proseslərin bu cür cərəyan etməsinə imkan vermirdi. Xüsusilə də Praqa görüşündə əldə edilmiş razılıqlara əsasən Ermənistan gec-tez sülh masasında oturmalı idi. Ancaq Ermənistan bu şərtlərlə sülh masasında əyləşmək və sülh anlaşması imzalamaq istəmir. Bu baxımdan da Ermənistan belə bir uzunmüddətli missiyanı Ermənistan ərazisindən şərti Azərbaycan sərhədlərinə gətirməklə faktiki olaraq Rusiyanı sıxışdırıb çıxarmaq və öz mövqeyini daha da gücləndirmək istəyir”.

Deputat deyib ki, maraqlı məqam ondan ibarətdir ki, burada gizli məqamlardan biri məhz Türkiyə Azərbaycan münasibətlərinin irəliləməsinin qarşısını almaq, xüsusilə də Zəngəzur koridorunun açılmasını uzatmaqdır.

“Çünki üçtərəfli bəyanatın müddəalarında qeyd edildiyi kimi kommunikasiyalar açılmalıdır. Ancaq təəssüflər olsun ki, hələ də Ermənistan, Zəngəzur dəhlizinin açılmasına isti baxmır. Bu baxımdan da, həm qərb, həm Ermənistan, həm də İran faktiki olaraq bu koridorun açılmasını istəmir və yaxud bu prosesi uzatmaq istəyirlər. Çünki çox gözəl anlayırlar ki, bu koridorun açılacağı təqdirdə Türk dünyası üçün yeni imkanlar meydana çıxacaqdır. Həmçinin Azərbaycanın və region dövlətlərinin də iqdisadi potensialları və iqdisadi gücü daha da artacaqdır. Bu baxımdan da həm İran, həm qərb bu məsələdə bir xəttdə birləşirlər və Ermənistana dəstək verməklə onları gücləndirmək və məğlub vəziyyətdən çıxarmaq istəyirlər”.

Xatırladaq ki, yanvarın 23-də Avropa İttifaqı Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Ermənistanda qurumun mülki missiyasının yaradılması barədə qərar qəbul edib.

Paylaş:
698

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər