Deputat: “İran bütün dünyada terrorizmi himayə edən dövlət statusuna malikdir” - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “İran bütün dünyada terrorizmi himayə edən dövlət statusuna malikdir” - ŞƏRH

Ayşən İsmayılova16:37 - 30 / 01 / 2023
Deputat: “İran bütün dünyada terrorizmi himayə edən dövlət statusuna malikdir” - ŞƏRH

“İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan səfirliyinə qarşı törədilmiş cinayət əməli öz mahiyyət etibarilə terror aktıdır”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Elə bu səbəbdən də siyasi motivlidir. Beynəlxalq terrorçuluq fəaliyyətinin araşdırılması ilə məşğul olan ekpertlərin gəldiyi məlum bir həqiqət var. Yeri gəlmişkən BMT-nin 12 beynəlxalq terrorçluqla bağlı konvensiyasında da bu fikir qeyd olunub. Həqiqət ondan ibarətdir ki, beynəlxalq terror əməlində eyni vaxtda 4 tərəf iştirak edir: 1) təşkilatçı, 2) onun icraçısı və ya icraçıları, 3) qurbanlar, 4) sağ qalmış insanlar.

Beynəlxalq cinayətlərdən digərlərindən fərqi ondadır ki, birincinin də (təşkilatçı), ikincinin də (icraçı) əsas hədəfi öldürdükləri deyil, əsas hədəf sağ qalanlardır”.

İran tərəfinin dəfələrlə Azərbaycana qarşı fəaliyyət göstərdiyini və anti-Azərbaycan mövqeyini ifadə etdiyini vurğulayan deputat bütün bunların ardınca İranın terror aktı həyata keçirməklə Azərbaycan xalqına, dövlətinə və Azərbaycan hakimiyyətinə mesaj göndərdiklərini qeyd edib.

“Onlar göstərirlər ki, Azərbaycana qarşı daha ciddi tədbirlər görə bilərik, ta müharibəyə qədər.

Azərbaycan Prezidenti İlham Əliyev də baş vermiş hadisəyə məhz terror aktı kimi qiymət verir. Bütün məsuliyyət İran dövlətinin üzərinə düşür. İran hakimiyyəti bu cinayətkara mətbuata qoluaçıq şəkildə müsahibə vermək üçün şərait yaradır. Bundan savayı terror aktını məişət səviyyəsinə endirmək üçün gülünc cəhdlər edildi. Haqlı olaraq da beynəlxalq ictimaiyyət, dövlətlər və beynəlxalq təşkilatlar İranda baş vermiş bu terror aktına öz mənfi münasibətlərini bildirdilər. Heç şübhəsiz ki, bizim üçün əsas, bir nömrəli vəzifə odur ki, İran tərəfi cinayətkarları cəzalandırmalıdır.

İran tərəfi 1961-ci il diplomatik münasibətlərlə bağlı Vyana Konvensiyasının tələblərini kobud şəkildə pozub. O konvensiyanın bundan sonra icra edəcəyini və üzrxahlıq edəcəyini bəyan etməlidir və bu istiqamətdə konkret addım atılmalıdır".

Deputat həmçinin, Azərbaycan XİN-nin İranın Azərbaycandakı səfirliyinə öz notasını təqdim etdiyini də söyləyib.

"Azərbaycanın İrandakı bütün diplomatik korpusu artıq geri çağırılıb. Mən xatırlamıram ki, bizim 30 illik diplomatik münasibətlər tarixində oxşar hadisə baş versin. Bu, ikitərəfli diplomatik münasibətlərin dayandırılması deməkdir. Buna görə də bütün məsuliyyət İranın üzərinə düşür. İran bütün dünyada terrorizmi himayə edən və maliyyələşdirən dövlət statusuna malikdir. Dünya İranı məhz belə qəbul edir. Belə olan vəziyyətdə İranın dünyada təxminən bir əlin 5 barmağından da az dostları, İranla münasibətləri normal səviyyədə saxlamaq istəyən dövlətlər var idi. Onlardan biri də Azərbaycan idi. Biz heç bir zaman İran əleyhinə beynəlxalq sanksiyalara qoşulmadıq, çünki bizim orada 35 milyonluq soydaşımız yaşayır. Amma İran çox böyük xəyanətkar yol seçdi. İran terrorun yanında yer aldı. İran həmişə qəsbkarın, işğalçının, Ermənistanın yanında yer alıb və Azərbaycana qarşı fəaliyyətini açıq şəkildə ifadə edir.

Biz hazırda əsas niyyətimiz odur ki, bu terror aktını həyata keçirən təşkilatçılar, icraçılar tam məsuliyyətə cəlb edilsin. Terroraktının baş verməsinə görə həm də İranın xüsusi xidmət orqanlarında və İran hüquq-mühafizə orqanlarında konkret şəxslər də hüquqi məsuliyyətə cəlb edilməlidir. İran tərəfi Azərbaycan tərəfinə üzrxahlığını ifadə etməlidir ki, bir daha belə hallara yol verilməyəcək”.

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehrandakı səfirliyimizə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar. Ötən gün yerli vaxtla saat 22:00 radələrində şəhidimizin nəşi, xəsarət alanlar, səfirliyin digər əməkdaşları və ailə üzvləri Bakıya gətirilib. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti tam dayandırılıb.

Paylaş:
275

Son xəbərlər

Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxış edib - VİDEOBu gün, 10:19Zavodda gözətçinin meyiti tapıldıBu gün, 10:14“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilibBu gün, 09:56Avropada qazın qiyməti bahalaşdıBu gün, 09:49Qızıl və gümüşün qiymətində dəyişikliklər olduBu gün, 09:40Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşübBu gün, 09:40Təbii qaz ucuzlaşdıBu gün, 09:36Türkiyədə 4 nəfərin prezidentliyə namizədliyini təsdiqləndiBu gün, 09:35Neft cüzi ucuzlaşıbBu gün, 09:31Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi”Bu gün, 09:30Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:23Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edirBu gün, 09:10Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötürBu gün, 09:00Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 08:55Tokio - Tel-Əviv təyyarəsi Bakı hava limanına təcili eniş edib30 / 03 / 2023, 23:22Azərbaycan MN: “İran tərəfinin ittihamları istehza və gülüş doğurur”30 / 03 / 2023, 21:48Türkiyə universitetlərində əyani tədris 3 apreldən bərpa olunur30 / 03 / 2023, 18:02Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edərək videolar paylaşan şəxs saxlanılıb30 / 03 / 2023, 17:48Ötən il və bu il 242 uşaq övladlığa verilib30 / 03 / 2023, 17:34Britaniya kəşfiyyatı yeni bölmə yaradacaq30 / 03 / 2023, 17:21
Bütün xəbərlər

Next TV