“Getmə”nin ifaçısı Ceyhun Səmədov: “Musiqilərim ürəkdən və səmimidir” - FOTO - VİDEO - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

“Getmə”nin ifaçısı Ceyhun Səmədov: “Musiqilərim ürəkdən və səmimidir” - FOTO - VİDEO - MÜSAHİBƏ

Ayşən İsmayılova12:27 - 31 / 01 / 2023
“Getmə”nin ifaçısı Ceyhun Səmədov: “Musiqilərim ürəkdən və səmimidir” - FOTO - VİDEO - MÜSAHİBƏ

"İnsanlar hisslər üçün deyil, hit üçün mahnı yazırlar".

Bu sözləri 1news.az-a müsahibəsində "Getmə", “Tufan var” mahnıları ilə elektron platformaları fəth edən Ceyhun Səmədov söyləyib .

- Ceyhun Səmədov kimdir?

Mən ifaçı ,bəstəkar və söz yazarıyam.

- Musiqiyə necə gəldiniz? Musiqi sizin üçün nə deməkdir?

- Mən özümü musiqidə tapmışam və tanımışam. Bu mənim xususi bir seçimim olmayıb, o hər zaman mənimlə olub. İlk dəfə peşəkar səhnəyə 2008 də yaratdığımız rok qrupu ilə çıxmışam.

- Tamaşaçılar tərəfindən çox sevilən və “YouTube” trendlərinə daxil olan “Getmə” mahnısının yaranma hekayəsini danışmağınızı istərdik.

- Azərbaycan xalq və bəstəkar mahnılarını dinləməyi çox sevirəm. Bəzən onları yeni kantalarda, yeni musiqi üzərində yoxlayıram. Bunu sadəcə məşq üçün edirəm. "Getmə" mahnısı da o mahnılardan biri idi. "Tufan var" mahnısının ardınca yeni mahnı təqdim etməli idik. 60-a yaxın bəstəm var və onların arasından bir neçəsini seçdik. Seçilən mahnıların arasında "Getmə" yox idi, çünki sadəcə məşq üçün etmişdim bunu. Daha sonra düşündük ki, yoxlayaq və belə alındı. Bu qədər seviləcəyini və trend olacağını düşünmürdüm.

- “Getmə” mahnısını yaradıcılığınızda dönüş nöqtəsi adlandırmaq olarmı? Bu mahnı sizə kommersiya baxımından nə verdi?

- “Getmə” mahnısının yaradıcılığımda dönüş nöqtəsi olduğunu düşünmürəm, hazırda musiqidə gördüyüm ən məsuliyyətli işlərdən biridir. Kommersiya baxımından deyim ki, 2008-ci ildən musiqimdən heç bir gəlir əldə etməmişəm.

- Müəllif və ifaçı kimi ölkədə trendə çevriləcək bir hit yaratmaq üçün hər hansı bir formulunuz varmı?

- Əlbətdə ki, öz metodlarım var, amma bu mənim işimin sirridir (gülür).

- "Tufan" mahnısının 2019-cu ildə təqdim olunmasına baxmayaraq, məhz "Getmə" mahnısı çıxandan sonra daha çox diqqət çəkdi. Bunun səbəbi nədir?

- Buna "Getmə" mahnısının yaratdığı müsbət rezonans kömək etdi. İnsanlar hansısa musiqini bəyənəndə ifaçının digər musiqiləri ilə də maraqlanırlar.

- Musiqi janrınızı necə təsvir edərdiniz? Musiqiniz nə haqqındadır və əsasən kimlər üçündür?

- Özümü hər hansısa bir janra aid etmirəm. Musiqimdə bir neçə janrın qarışıq elementləri var. Hər musiqimin öz xatirəsi var və musiqi olsun deyə yazılmayıb, ona görə içdən və səmimidir. Dinləyə bilən hər kəs üçündür.

- Müasir Azərbaycan musiqisi haqqında fikirləriniz necədir? Sizcə kimə xüsusi diqqət yetirilməlidir?

- Müasir Azərbaycan musiqisi qarışıqdır. İnsanlar hisslər üçün deyil, hit üçün mahnı yazırlar. Təbii ki, bu mahnılar tez parlayır və sonra yaddan çıxır. Bu, rok musiqisi istisna olmaqla hər janrda belədir. Rok azərbaycanda həmişəki kimi saf qalıb. Azərbaycanı gələcəkdə qlobal səviyyəyə çıxaracaq, orada təmsil edəcək çoxlu istedadlı gənclər var. Amma təəssüf ki, digər tərəfdən musiqimizdə bəzi simaların iradları, tənqidləri, təhqirləri onların ruhdan düşməsinə səbəb olur. İnanın, keyfiyyətli dinləyici kütləsi və maksimum sevgi hər şeyi daha yaxşı edəcək.

- Son zamanlar beynəlxalq səsyazma şirkətləri azərbaycanlı sənətçilərə diqqət göstərirlər (Hiss və İsfar Sarabski). “Getmə” uğurundan sonra oxşar təklif sizə də edilibmi? Xarici etiket altında fəaliyyət göstərmək istərdinizmi?

- Mən o gənclərin adına sevinirəm doğru olanı seçiblər. Təklif üçün hələ tezdir deyə düşünürəm, amma təklif gəlsə yəqin ki cavabım bəllidir.

- Sizcə, müasir Azərbaycan musiqisi niyə qlobal musiqi trendinə düşə bilmir?

- Çünki bizdə qəlibləşmiş düşüncə var. Kimsə xalq mahnısını dəyişəndə tənqid edirlər. Bu cür insanların arasından çıxmaq üçün gərək dünyamiqyaslı olasan, sonra da etiraf edəsən ki, mən əslində Azərbaycanlıyam, bəlkə onda sevilərsən.

- “The Voice” kimi beynəlxalq müsabiqələrdə və ya televiziya şoularında iştirak etmək fikriniz varmı? Və sizin onlara münasibətiniz necədir?

- Münasibət birmənalı deyil, amma çox gözəldir ki, belə layihələr sayəsində istedadlı gənclər geniş auditoriya tərəfindən tanınır.

- Müğənni nə etməlidir ki, başqa ifaçıların axınında itməsin?

- Bunun üçün öz üslubunuz, musiqinizdə xarakteriniz və təbii ki, öz ifa tərziniz olmalıdır.

- Bu yaxınlarda “Xəzər axşamı” verilişində qonaqlardan biri Manaf Ağayev olduğuna görə verilişdə iştirak etməkdən imtina etdiniz. Bu barədə danışardınız.

- Bu dünyanın hər yerində belədir, veriliş hazırlanarkən qonaqların bir birinə uyğunluğu, danışa biləcəkləri ümumi mövzusu və dinləyici kütləsinin yaxın olması nəzərə alınır.

Biz deyəndə ki, verilişə gələ bilmirik, bunu başqa qonaqlara hörmətsizlik kimi qəbul etməyin, hər kəsin öz janrı, öz tamaşaçısı var. Ortaq mövzu yoxdur, konsepsiya düzgün qurulmayıb.

Hətta “konsepsiya” sözü aparıcıların və qonaqların xətrinə dəyib və ya yanlış anlaşılıb. Mən bu qədər böyüdüləcəyini gözləmirdim. Əlbəttə, niyə də olmasın? Konsepsiyaya uyğun verilişlərə çıxarıq.

- Yaxın gələcəkdə Azərbaycan dinləyicilərini necə təəccübləndirməyi planlaşdırırsınız?

- Maraqlı layihələr olacaq - həm musiqi, həm də klip, düşünürəm ki, dinləyicilər məni ilk dəfə bu üslubda görəcəkləri üçün təəccüblənəcəklər.

Feliks Vişnevetski

Paylaş:
1307

Son xəbərlər

Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:37Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaqBu gün, 11:19Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib - FOTOBu gün, 10:49Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTOBu gün, 10:36Bakıda 4 otaqlı ev yanıbBu gün, 10:11Azərbaycanı təmsilçilərinin “Avroviziya 2023”də çıxış edəcəyi nömrə bəlli olubBu gün, 09:46Yardımlıdan Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTOBu gün, 09:36Ağcabədi sakinindən “Kalaşnikov” silahı aşkarlanıb - FOTOBu gün, 09:18Laçın-Xankəndi yolunda keçirilən aksiyanın 102-ci günü - FOTOBu gün, 08:58Azərbaycanda 11 ayın sultanı - Ramazan ayı başlayıb - TƏQVİMBu gün, 00:21Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO22 / 03 / 2023, 19:25Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb22 / 03 / 2023, 17:50Son sutkada Azərbaycanda vaksin vurulmayıb22 / 03 / 2023, 17:15Azərbaycanda 209 aktiv koronavirus xəstəsi var - STATİSTİKA22 / 03 / 2023, 17:07BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb22 / 03 / 2023, 16:47
Bütün xəbərlər

Next TV