Azərbaycanda avtoqəzada piyada səhv etsə də günahkar sürücü olur – Hüquqşünasdan ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda avtoqəzada piyada səhv etsə də günahkar sürücü olur – Hüquqşünasdan ŞƏRH

Qafar Ağayev09:24 - 02 / 02 / 2023
Azərbaycanda avtoqəzada piyada səhv etsə də günahkar sürücü olur – Hüquqşünasdan ŞƏRH

Ölkəmizdə avtomobillərin sayı artdıqca avtoqəzaların da sayında artım müşahidə olunur.

Xüsusən də tez-tez piyadaların vurulması ilə nəticələnən qəza xəbərlərinə rast gəlirik. Ancaq Azərbaycanda piyadaların vurulması ilə nəticələnən qəzalarda əksər hallarda sürücü məsuliyyətə cəlb edilir. Hətta sürət həddi 90 km/saat və daha yüksək olan 4-5 zolaqlı yolda piyadanın məsuliyyətsizliyi, piyada keçidindən istifadə etməməsi səbəbindən baş verən qəzada da sürücü günahkar olur. Bəs görəsən bunu səbəbi nədir? Bu məsələnin həlli ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidirmi?

Məsələ ilə bağlı 1news.az-a danışan hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Azərbaycan təcrübəsində avto-nəqliyyat hadisələri baş verərkən sürücülər məsuliyyətə cəlb edilir.

“Çünki qanunvericilikdə yazılır ki, ehtiyatsızlıq ucbatından baş verən cinayət kateqoriyasına aid olsa da yazılır ki, sürücü görməli və bilməli idi. Bəzən sürücü görə bilmir, günahı olmur. Bu günlərdə Bakı-Sumqayıt yolunun təxminən Xırdalan ərazisində, yəni böyük magistralda 5-6 zolaqlı yolda avtomobillərin qarşısından keçən bir piyadanı ən soldakı zolaqda olan avtomobil tərəfindən vulmasını gördük. Sürücünün burada heç bir günahı yoxdur. Hazırda həmin məhkəmə işi gedir, onu məsuliyyətə cəlb ediblər. Biz bir qrup hüquqşünasla bunu müzakirə etdik, sürücü bunu necə görə bilər? Keçid yox, yüksək sürət həddi, maşınların 4-5 cərgədə hərəkəti zamanı piyada aralarla qaçır və ən sondakı bunu görmədən vurur. Amma yenə baxdıq ki, iş məhkəmədədir. Biraz da bu sürücüyə ürəyim yandı. Mən hesab edirəm ki, qanunvericiliyə yenidən baxmaq lazımdı, ümumiyyətlə məhkəmə təcrübəsi dəyişilməlidir. Mümkün deyil ki, bütün hallarda sürücülər məsuliyyətə cəlb olunsun. Cinayət işinin istintaqı zamanı fikirləşirlər ki, zərərçəkən tərəf şikayət edəcək, hay-küy salacaq və s. Mən hesab edirəm ki, ekspertlər bu məsələdə ciddi olmalıdır, heçnədən çəkinmədən, istintaqın özünün də mövqeyini bilmədən obyektiv rəy verməlidir ki, sürücü bunu görə bilərdi yoxsa, yox. Məhkəmə təcrübəsində piyadaların avtomobillə vurulması ilə bağlı bütün hadisələr obyektiv araşdırılmalıdır. Kimsə şikayət edəcək deyə, çəkinərək günahsız adamların, sürücülərin məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Hesab edirəm ki, qanunvericiliyə baxılmalıdır”.

Ç.Qənizadə bildirib ki, bəzən istintaq orqanları da bu məsələdə mətbuatın müəyyən qədər təzyiqi altına düşürlər.

“Yazırlar, bilmədən qiymət verirlər, rəy bildirirlər. Ona görə də belə məqamda mətbuat rəsmi açıqlamalar olmadan, rəsmi yanaşma olmadan öz təxəyyülləri ilə hadisələrə hüquqi qiymət verib, kimisə ittiham etməyə çalışmasınlar. Çünki bəzən görürsən ki, zərərçəkən tərəf mətbuata açıqlama verərək işin düzgün aparılmalığını deyir. Bununla da fikir formalaşdırılır”.

Hüquqşünasın sözlərinə görə, son dövrlər Azərbaycanda yeməklərin çatdırılması ilə bağlı moped və velosipedlərin sayı artıb.

“Həmin moped və velosiped sürücüləri yollarda çox sayda qəzaya səbəb olur. Onların günahı ucbatın da qəza törədilərsə, yenə də məsuliyətə avtomobil sahibləri cəlb edilir. Ona görə də yol nəqliyyat hadisəsi zamanı tək sürücünün deyil, eyni zamanda piyadanın məsuliyyətinin müəyyən edilməsi məsələsinə baxılmalıdır”.

Paylaş:
425

Son xəbərlər

Fazil Mustafanın son durumu AÇIQLANDIBu gün, 10:34Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib - VİDEOBu gün, 10:29Daha üç istiqamət üzrə avtobus biletlərinin onlayn satışına başlanılıb - FOTOBu gün, 10:25Azərbaycan neftinin qiyməti ucuzlaşdıBu gün, 10:24Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxış edib - VİDEOBu gün, 10:19Zavodda gözətçinin meyiti tapıldıBu gün, 10:14“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilibBu gün, 09:56Avropada qazın qiyməti bahalaşdıBu gün, 09:49Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşübBu gün, 09:40Qızıl və gümüşün qiymətində dəyişikliklər olduBu gün, 09:40Təbii qaz ucuzlaşdıBu gün, 09:36Türkiyədə 4 nəfərin prezidentliyə namizədliyini təsdiqləndiBu gün, 09:35Neft cüzi ucuzlaşıbBu gün, 09:31Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi”Bu gün, 09:30Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:23Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edirBu gün, 09:10Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötürBu gün, 09:00Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 08:55Tokio - Tel-Əviv təyyarəsi Bakı hava limanına təcili eniş edib30 / 03 / 2023, 23:22Azərbaycan MN: “İran tərəfinin ittihamları istehza və gülüş doğurur”30 / 03 / 2023, 21:48
Bütün xəbərlər

Next TV