Ramada Plaza Gence – Gəncənin yeni Xəmsəsi, Azərbaycanın qonaqpərvərlik xəritəsində yeni səhifə - FOTO
Azərbaycanın qədim və eyni zamanda gənc ruhlu şəhəri – Gəncə yeni mərhələyə qədəm qoyur.
TABIA Group-un təqdim etdiyi Ramada Plaza Gence rəsmi olaraq qapılarını açaraq, ölkənin qonaqpərvərlik tarixində növbəti mühüm səhifəni yazdı.
Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, dövlət və özəl sektorun nümayəndələri, eləcə də TABIA Group-un tərəfdaşları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb, ardınca TABIA Group-un baş icraçı direktoru Uygar Koçaş səhnəyə çıxaraq açılış nitqi ilə çıxış edib.
“Cəmi bir neçə gün öncə — 18 oktyabrda, TABIA Group-un rebrendinqinin bir illiyini qeyd etdik,” — deyə Uygar Koçaş çıxışında bildirib. “Bu bir il ərzində çox şey dəyişdi. Biz yeni otellər açdıq, beynəlxalq brendlərlə əməkdaşlıqları gücləndirdik, regionlarda iş imkanları yaratdıq. Amma ən önəmlisi — biz insanların həyatına dəyər qatdıq. TABIA Group-un əsas məqsədi yalnız otel idarəçiliyi deyil, insanların rifahına, regionların inkişafına və töhfə verməkdir.”
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, Ramada Plaza Gence kimi beynəlxalq brendin şəhərdə fəaliyyətə başlaması Gəncənin iqtisadi və turizm potensialını daha da gücləndirəcək: “Ramada Plaza Gence yalnız bir otel deyil, Gəncənin gələcək inkişafına inamın göstəricisidir. Bu cür layihələr şəhərimizə yeni nəfəs gətirir — həm xidmət keyfiyyəti, həm də yerli əhalinin məşğulluğu baxımından mühüm əhəmiyyət daşıyır.”
“Gəncənin yeni Xəmsəsi” slogan altında keçən Açılış mərasimi otelin təqdimatı , musiqi və incə zövqlə seçilmiş yeməklər ilə davam edib. Bu konsept Gəncənin mədəni ruhunu və müasir qonaqpərvərlik anlayışını birləşdirən beş dəyəri simvolizə edir: irsi, innovasiyanı, qonaqpərvərliyi, rahatlığı və insanı.
Otelin 181 otaq və lyuks süitləri, geniş restoranları, SPA və fitness mərkəzi, eləcə də müasir konfrans və tədbir zalları var. Ramada Plaza Gence, həm işgüzar səfərlər, həm də istirahət məqsədilə səyahət edənlər üçün şəhərin mərkəzində unikal bir rahatlıq mühiti yaradır.
TABIA Group - Azərbaycanın aparıcı qonaqpərvərlik şirkətlərindən biri kimi, illərdir ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən şəhər, kurort və sağlamlıq hotellərini vahid dəyərlər və strateji baxış altında birləşdirir. TABIA-nın missiyası sadəcə rahat məkanlar yaratmaq deyil — insanların rifahını artırmaq, yerli dəyərləri yaşatmaq və dayanıqlı inkişafı dəstəkləməkdir.
Son illər TABIA Group Azərbaycan qonaqpərvərliyinə yeni nəfəs gətirən mühüm layihələrə imza atıb. Bu uğurların davamı kimi, Ramada Plaza Gence TABIA Group-un qərb bölgəsinə gətirdiyi növbəti böyük brenddir. Gəncənin tarixi və mədəni ruhu ilə qlobal qonaqpərvərlik standartlarının qovuşduğu bu layihə, təkcə bir otel deyil — şəhərin gələcək simvoluna çevrilən yeni başlanğıcdır.
Daha ətraflı məlumat üçün TABIA Group-un rəsmi vebsaytına daxil olun:
www.tabia.az
Ramada Plaza Gence oteli, onun xidmətləri və təklifləri barədə daha çox öyrənmək üçün www.ramadaplazagence.com ünvanına daxil ola və ya +994 51 201 90 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Ünvan: Nizami Gəncəvi prospekti 519, Gəncə, Azərbaycan, AZ2019.
Reklam hüququnda




















