Azərbaycanın Meksikadakı səfiri geri çağırılıb, yenisi təyin olunub | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Meksikadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

1news Redaksiyası16:32 - 27 / 10 / 2025
Azərbaycanın Meksikadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Meksikadakı səfiri geri çağırılıb.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksikada, eyni zamanda Hondurasda, Kolumbiyada, Kosta Rikada, Qvatemalada, Panamada və Peruda səfiri vəzifəsindən geri çağırılıb.

Digər sərəncamla Seymur Həbib oğlu Fətəliyev Azərbaycanın Meksikada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər