“Azərbaycan Qoşulmama Hərəkatını daha aktiv bir təşkilata çevirdi” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan Qoşulmama Hərəkatını daha aktiv bir təşkilata çevirdi” - Deputat

Ayşən İsmayılova15:16 - 02 / 03 / 2023
“Azərbaycan Qoşulmama Hərəkatını daha aktiv bir təşkilata çevirdi” - Deputat

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib və bir neçə məsələyə toxunub.

Bəs keçirilən bu zirvə görüşünün əhəmiyyəti nədir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Azərbaycan sədrliyi dönəmində Qoşulmama Hərəkatını daha da aktiv bir təşkilata çevirə bildi.

"Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dönəmində yeni meyralar formalaşdı. Qoşulmama Hərəkatında həm parlament şəbəkəsi, həm gənclər şəbəkəsi yarandı ki, bu da növbəti dönəmdə sədrlik edəcək ölkələrə ötürüləcək. Düşünürəm ki, bu Qoşulmama Hərəkatının həyatında yeni bir yanaşmadır. Azərbaycan bütün bunları cənab Prezident İlham Əliyevin sədrliyi dönəmində edə bildi. Qoşulmama Hərəkatının Zirvə görüşünün mart ayının 2-də məhz Bakıda keçirilməsi Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməli, Azərbaycanın regional və qlobal məkanda artan nüfuzunun göstəricisi kimi dəyərləndirilməlidir. Qoşulmama Hərəkatında yaranmış yeni yanaşma və cənab prezidentin rəhbərliyi ilə irəli sürülmüş təkliflərin həm BMT səviyyəsində, həm də Qoşulmama Hərəkatının digər ölkələrinin həmrəyliyi kontekstində çox böyük uğur kimi qiymətləndirilməlidir. Düşünürəm ki, bu Azərbaycanın uğurudur. İnanırıq ki, biz regionda ədalətlin və daimi sülhün əldə olunmasına nail olacağıq”.

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər