“Gilabi Ceramics”: Balaxanı qəsəbəsində keramika sənətinin inkişafı haqqında - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Reportaj

“Gilabi Ceramics”: Balaxanı qəsəbəsində keramika sənətinin inkişafı haqqında - FOTO - VİDEO

09:31 - 03 / 03 / 2023
“Gilabi Ceramics”: Balaxanı qəsəbəsində keramika sənətinin inkişafı haqqında - FOTO - VİDEO

Turist ziyarət etdiyi ölkədən xatirə kimi özü ilə nə apara bilər? Təbii ki, milli koloritli suvenir.

“Bakı Abadlıq Xidməti” tərəfindən həyata keçirilən və Abşeronun bir sıra kəndlərində bərpa işlərinin aparılmasını nəzərdə tutan layihə yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də bu yerlərin turizm məkanına çevrilməsi məqsədi daşıyır. Belə ki, ilk abadlaşanlardan biri olan Balaxanı kəndi birdən-birə Yunanıstan Santorinisi adlandırılaraq xarici qonaqların diqqət mərkəzinə çevrilib. Onun ərazisində “Balakhani Creative Center ” yaradılıb, tərkibində isə yüksək keyfiyyətli məhsullar istehsal olunan müxtəlif emalatxanalar və sexlər fəaliyyət göstərir.

Bu günlərdə 1news.az “Gilabi Ceramics”in keramika məmulatlarının yaradılması prosesi ilə tanış olmaq üçün bu kəndə səfər edib. Bu brend gündəlik həyata gözəllik və xüsusi cazibədarlıq gətirən vazalar, boşqablar, fincanlar, aksesuarlar və digər dekorativ məhsullar istehsal edir.

Emalatxanaya ekskursiyanı bizə Balaxanı Yaradıcılıq Mərkəzinin direktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, keramika üzrə rəssam Emin Ələkbərov həyata keçirdi.

Mən özüm Balaxanı qəsəbəsindən, rəssam ailəsindənəm. Bərpa işləri zamanı mən bu layihəyə töhfə vermək qərarına gəldim - beləcə, 2019-cu ilin sonunda Balaxanı Yaradıcılıq Mərkəzinin yaradılması ideyası meydana gəldi. Təbii ki, sıfırdan belə bir mərkəzi yaratmaq, müxtəlif sənət növləri ilə məşğul olan insanları bir araya toplamaq və onların işini əlaqələndirmək kifayət qədər çətindir, amma addım-addım ideyamı reallaşdırmağa başladım”, - rəssam bildirir.

Bu gün mərkəz bir çox istiqamətləri - xalçaçılıq, vitraj boyama, heykəltəraşlıq, dəmirə naxışsalma, qrafika və s. əhatə edir. Onların bəziləri formalaşma mərhələsindədir, bəziləri isə artıq çox məşhur olan brendlərə çevrilib. Məsələn, “Gilabi Ceramics” kimi.

“Brend adında “gilabi” sözündən istifadə etmək qərarına gəldim, çünki ona Abşeron koloriti hopmuşdur. Gilabi keçmişdə yuyucu vasitə kimi istifadə edilən xüsusi gil növüdür. Onu köhnə Abşeron bağlarında quyularda tapmaq olardı”, - Emin müəllim deyir.

İlk il keramikaçılar komandası kiçik emalatxanalarda işləyirdi, orada hətta soba quraşdırmaq üçün kifayət qədər yer yox idi, lakin tezliklə onlar üçün keramika məmulatlarının istehsalı üçün lazım olan bütün şəraiti olan emalatxana tikildi. E.Ələkbərov qeyd edir ki, dövlətin dəstəyi onları yüksək səviyyədə çalışmağa, işləri peşəkar səviyyədə yerinə yetirməyə sövq edir.

“Kollektivimizdə çalışanların əksəriyyəti Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunlarıdır. Bu sahədə təhsil almış gəncləri işlə təmin etmək layihəmizin məqsədlərindən biridir. Onlar əmək haqqı, eləcə də məhsullarının satışından faiz alırlar. Bununla yanaşı, layihəyə bəzi yerli sakinlər də cəlb olunub. Əgər bir şəxs bizimlə əməkdaşlıq etmək arzusunu bildirirsə və onun müəyyən qabiliyyətlərinin olduğunu görürüksə, onu öyrədirik və işə götürürük”, - həmsöhbətimiz deyir.

Emin müəllimin sözlərinə görə, burada yaradılan məhsulların hamısı əl işidir, bəziləri bir nüsxədə hazırlanır, bəziləri isə - məhdud tirajla. Hər bir rəssamın öz yaradıcı baxışı və öz üslubu var, buna görə də hər bir əsər təkrarolunmaz və bənzərsiz çıxır. Məhsulların istehsalında qabaqcıl texnologiyaların nailiyyətlərindən istifadə olunur ki, bu da Azərbaycan xalqının qədim adət-ənənələri ilə müasirliyi harmonik şəkildə birləşdirməyə imkan verir.

İstehsal prosesinin özünün necə getdiyini görmək şansımız da oldu. Bu kifayət qədər uzun və zəhmətlidir – əvvəlcə dulusçular məmulatın özünü formalaşdırır, sonra sobada ilkin bişməyə məruz qalır, paralel olaraq rəssamlar eskiz yaradır, məmulata rəsm çəkir, sonra şirlənir və nəhayət, son bişməyə məruz qalır.

“44 günlük Vətən Müharibəsi zamanı biz işğaldan azad edilmiş torpaqlara həsr olunmuş maqnitlər yaradırdıq. Ordumuz bir kəndi geri qaytaranda dərhal onun adı ilə maqnit yaradırdıq. Yadımdadır ki, biz bu maqnitlərin satışını təşkil etdik və bütün gəliri - 1500 manatı Azərbaycan ordusuna kömək üçün köçürdük.

Korporativ sifarişlərimiz də olur. Amma ən çox təbii ki, bizim məhsullar turistlər arasında populyardır. Azərbaycanı tərk edən hər bir turist ölkəmizdən yadigar olaraq özü ilə suvenir götürmək istəyir. Həmçinin keramika sənətini öyrənmək istəyən uşaqlar və böyüklər üçün də ustad dərsləri təşkil edirik”, - həmsöhbətimiz deyir.

“Gilabi Ceramics”in 3 satış nöqtəsi var - Balaxanı, Ramana qəsəbələrində və paytaxtın mərkəzində, 28 May küçəsində. Emin müəllimin qeyd etdiyi kimi, Qarabağda da filialların açılması planları var, məsələn, Laçında artıq bu istiqamətdə işlərə başlanılıb. Hazırda kollektiv əsasən məişət məhsulları istehsal edir, lakin gələcəkdə memarlıq pannolarının yaradılması və binanın fasadlarının keramik lövhələrlə bəzədilməsi də nəzərdə tutulur. Rəssamın sözlərinə görə, keramika məmulatları 1050 dərəcə istilikdə bişirildiyinə görə onlar heç bir hava şəraitindən qorxmurlar.

“Qeyd etmək istərdim ki, “Bakı Abadlıq Xidməti” tərəfindən Abşeron qəsəbələrində aparılan bərpa işləri həmçinin gənc nəslə də müsbət təsir göstərir. Uşaq gözünü açıb ətrafındakı bu gözəlliyi görəndə onda tamam başqa dünyagörüşü formalaşır. Ona görə də mən belə layihələri ancaq alqışlayıram və çox şadam ki, mən də onun bir hissəsiyəm”, - E.Ələkbərov fikrini tamamlayıb.

Müəllif: Leyla Məmmədova

Foto və video: Nadir İbrahimli

Paylaş:
720

Son xəbərlər

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcəkBu gün, 10:07Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib - FOTO - VİDEOBu gün, 09:59Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıbBu gün, 09:41Ordumuzun mövqeləri atəşə tutulubBu gün, 09:36Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:24Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedibBu gün, 09:13Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıbBu gün, 09:09BNA: 138 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 08:49Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:45Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ05 / 06 / 2023, 17:08Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı05 / 06 / 2023, 17:06Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri ilə görüşüb05 / 06 / 2023, 16:52Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb05 / 06 / 2023, 16:40Bakı Beynəlxalq Avtovağzal Kompleksinə mətbuat katibi təyin edilib05 / 06 / 2023, 16:16
Bütün xəbərlər

Next TV