ABŞ-nin Qafqaz danışıqları üzrə baş məsləhətçi Bakıya gəldi - FOTO
Qafqaz danışıqları üzrə baş məsləhətçi Luis Bono 6 mart tarixində Azərbaycanda səfərdədir.
1news.az ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, Bono bundan sonra Ermənistan və Gürcüstana gedəcək.
Bakıya səfəri zamanı Bono Prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir.
L.Bono birbaşa ünsiyyət vasitəsilə sülh prosesinə ABŞ-nin dəstəyini vurğulayacaq.
532