Almaniya səfiri Gəncədədir
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Gəncəyə səfər edib.
1news.az xəbər verir ki, bu barədə diplomat öz tvitter səhifəsində məlumat verib.
“Bu gün və sabah Nizami Gəncəvinin, Mirzə Şəfinin vətəni olan mədəniyyət şəhəri Gəncədəyik. Səfərə görə və Gəncə İH başçısı cənab Niyazi Bayramovla görüşməkdən çox şad olacağam”, o yazıb.
381