FHN: Ötən gün 165 yanğına çıxış olub, 6 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən gün 165 yanğına çıxış olub, 6 nəfər xilas edilib

14:34 - 07 / 03 / 2023
FHN: Ötən gün 165 yanğına çıxış olub, 6 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

1news.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 165 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Paylaş:
164

Son xəbərlər

Bütün xəbərlər