X Qlobal Bakı Forumunda iqlim dəyişikliyi, qida və nüvə təhlükəsizliyi müzakirə olunub | 1news.az | Xəbərlər
Rəsmi

X Qlobal Bakı Forumunda iqlim dəyişikliyi, qida və nüvə təhlükəsizliyi müzakirə olunub

17:03 - 09 / 03 / 2023
X Qlobal Bakı Forumunda iqlim dəyişikliyi, qida və nüvə təhlükəsizliyi müzakirə olunub

Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdid dövrü: İqlim dəyişikliyi, Qida təhlükəsizliyi, Nüvə təhlükəsizliyi” adlı panel keçirilib.

1news.az APA-ya istinadla xəbər verir ki, panelin moderatoru İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti Benedetto Zaççiroli olub.

Timor-Leste Demokratik Respublikasının Prezidenti, 1996-cı il Nobel Sülh Mükafatı laureatı Xose Ramos Horta pandemiya və Ukrayna müharibəsindən danışıb, istehlak qiymətləri artmaqda olduğunu söyləyib. O, Ukrayna ilə Suriya və Yəmənə yardım arasındakı fərqi etik saymayıb.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının böyük elmi işçisi İsmahan Eluafi iqlim dəyişikliyi və qida probleminin bəşəriyyət üçün real təhlükə olduğunu vurğulayıb: “Aclıq çəkən insanların sayı daha da artıb. Biz aqrar komplekslərimizi dəyişməliyik. Yer kürəsində piroq düzgün müəyyənləşdirilməyib, gəlin onu düzgün bölüşdürməyə çalışaq. 800 milyondan çox insan aclıq içərisində yaşayır. Bunu bilə-bilə yatmaq çox çətindir. Digər tərəfdən, iqlim dəyişikliyi problemi var. Kənd təsərrüfatının istixana qazlarının əmələ gəlməsində 30 faiz paya malikdir. Biz kənd təsərrüfatının istixana qazlarında payını sıfıra endirə bilərik. Maliyyə məsələsi çox önəmlidir. Texnologiyalara da diqqət yetirilməlidir. Biz bu məsələləri Forumda qaldırırıq. Şimal, Cənub, Qərb və Şərqdə yaşamağımızdan asılı olmayaraq iqtisadiyyatımızı dəyişməliyik”.

“Liberal International” təşkilatının Prezidenti, Mərakeşin sabiq ətraf mühit naziri (2013-2017-ci illər) və İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi (2015-2017) Hakima El Haite 1,5 milyard insanın su çatışmazlığı ilə üzləşdiyini söyləyib: “Heç kim dəniz suyunun turşulaşmağından danışmır. Bu da təhlükədir. Ona görə də milyonlarla insanlar su ilə bağlı münaqişə ilə üzləşib”.

Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali Xəzəri ölkəsinin nüvə təhlükəsizliyi, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi sahəsində töhfələrindən danışıb, Xəzərin səviyyəsinin aşağı düşməsinə qarşı sahilyanı dövlətlərin birgə addımlar atmasını vacib hesab edib.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi və Azərbaycanda su problemindən danışıb, regional platformanın yaradılmasını zəruri sayıb.

Rumıniya Baş nazirinin dövlət müşaviri Laslo Borbeli problemlərin həlli üçün səyləri birləşdirməyi zəruri sayıb.

Monteneqronun sabiq Baş naziri İqor Luksiç (2010-2012-ci illər) Rusiya-Ukrayna müharibəsinin ağır fəsadlarını hər kəsin hiss etdiyini vurğulayıb: “İqlim dəyişikliyi və ərzaq çatışmazlığı da artıq ciddi problemdir. Digər tərəfdən, İran da artıq təhlükəli silahlar hazırlamaqdadır. Biz dünyanın qlobal fəlakətə nə qədər yaxınlaşdığını bilmirik”.

Monteneqronun sabiq Baş naziri əsas problemin bioresurslarla bağlı olacağını söyləyib: “Nüvə məsələsinə gəlincə, Çin kimi ölkələr də nüvə məsələsi ilə bağlı yeni razılaşmalar əldə olunmalıdır. Biz birdən-birə çox riskli dövrlər yaşaya bilərik. Biz qeyri-müəyyən bir dövrdə yaşayırıq”, - o qeyd edib.

Paylaş:
423

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər